ABŞ Krımın zəbt olunmasını heç vaxt qəbul etməyəcək

ABS"ABŞ Krımın zəbt olunmasını heç vaxt qəbul etməyəcək."

Bunu ABŞ-ın Rusiyadakı səfir postuna növbəti namizədi John Teftt deyib.

O, bunu iyulun 29-da ABŞ Senatının xarici əlaqələr komitəsindəki dinləmələrdə deyib. Onun sözlərinə görə, ABŞ Ukrayna böhranı ilə Rusiyanın beynəlxalq düzəndə yaratdığı fundamental problemləri rədd edə bilməz.

ABŞ-ın bu ilin fevralından bəri Rusiyada səfiri yoxdur.

Barack Obama bu posta John Teftt-in namizədliyini irəli sürüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar