Ərdoğanın qisası - 11 polis həbs edildi

Türkiyədə iyulun 22-də həyata keçirilən əməliyyatlar zamanı saxlanılan 49 polis əməkdaşından 11-i həbs edilib.

İstanbul 1-ci Sülh Cəza Məhəkəməsi Türkiyədə “paralel dövlət” iddiası ilə həyata keçirilən əməliyyatlar zamanı saxlanılan 49 polis əməkdaşı haqqında qərarını elan edib.

Aralarında İstanbulun keçmiş Terrorla Mübarizə İdarəsinin müdiri Yurd Atayunun da olduğu 11 nəfər həbs edilib. 38 nəfər isə sərbəst buraxılıb. Onlardan 8 nəfərinə ölkədən kənara çıxmaq qadağan edilib. Həbs edilən 11 nəfər dövlətin gizli qalması lazım olan məlumatlarını cəsusluq məqsədiylə əldə etmək və rəsmi sənədlərdə saxtakarlığa yol verməkdə günahlandırılırlar.

Qeyd edək ki, saxlanılan polislər “Gülən camaatı”na yaxın olan şəxslərdir. Həmin polislər ötən ilin dekabr ayının 17-də Türkiyədə həyata keçirilən rüşvət və korrupsiya əməliyyatlarında iştirak etmişdilər.

Həmin əməliyyatlar 3 nazir övladı olmaqla bir çox vəzifəli şəxslərə qarşı edilmişdi. Ərdoğan hökuməti sonradan həmin şəxslərin günahı olmadığını əsas gətirərək sərbəst buraxmışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar