“GÜMAN Kİ, YAXIN VAXTLARDA İŞƏ ÇIXACAQ...” - Elmar Vəliyevdən yeni xəbər var

“Gəncənin icra başçısı Elmar Vəliyevin səhhəti normaldır. Heç bir ciddi problemi yoxdur. Müəyyən reablitasiya işləri aparılır. Daha ətraflı məlumatı həkimi verə bilər. Əsas odur ki, səhhəti yaxşıdır, qənaətbəxşdir”.

Bu barədə Modern.az-a Gəncədəki mənbə məlumat verib. Mənbə Elmar Vəliyevin işə çıxacağını desə də, bununla bağlı dəqiq tarix söyləməyib.

“Güman ki, yaxın vaxtlarda işə çıxacaq. İşə çıxması planlaşdırılır. Hələ ki işə çıxma tarixi dəqiq deyil. Amma işə çıxması yaxın vaxtlarda gözlənilir. Əsasnaməyə əsasən, Elmar Vəliyevin işlərini hazırda birinci müavin icra edir”.

Xatırladaq ki, iyulun 3-də Gəncə şərinin icra başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, cinayəti törədən 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərov tutularaq, tərksilah edilib.

Fakt üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanıb. Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Cinayət işilə bağlı həbs olunan və müqavimət göstərdiyi üçün məhv edilənlər var.

Qeyd edək ki, iyulun 4-də Türkiyədəki Bahçeşehir Universitetinin Tibb fakültəsinin dekanı, məşhur beyin cərrahı, professor Türker Kılıç Əmlak Məsələləri Dövlət Komitəsinin sədri, eyni zamanda E.Vəliyevin qudası Kərəm Həsənovun dəvəti ilə Gəncəyə gəlib. Türkiyəli həkim həmin gün icra başçısnı əməliyyat edib.

Qeyri-rəsmi məlumatlara görə, E.Vəliyevin sonrakı müalicəsi İsraildəki klinikalardan birində davam etdirilib.

635x100

Şərhlər

ayzek 2018-08-07 11:36:59

Elmarın vəziyyəti qənaətbəxşdir.Çünki əməliyyatdan ayılan kimi dərhal ilk sualı yunisin tutulub-tutulmamasını öyrənmək olub.

Maarif 2018-08-07 11:36:59

Maraqlıdır.O hansı sifətlə bu qədər biabırçılıqdan sonra adam içinə çıxacaq? Axı ona qətl sıravi bir hal olmadığı,əməllərinin faş olduğu zamanda ond yenə üzə çıxacaq üz qalıbsa...Yəni YAP-çıdır də!Ola bilər.

Yerazlar 2018-08-07 11:36:59

Eğer oişe clxsa...

Оxocu 2018-08-07 11:36:59

Azpolitika size aferin...Lap mat qalmisham

Gəncəli 2018-08-07 11:36:59

Onun işə çlxacaq sifəti hələ qalıb?İnsanda həyə yaxşı şeydir.olsa... Sənin biabırçılıqların hələ indi aləmə yayılıb.Utanmırsan?

SUAL 2018-08-07 11:36:59

HANSİ İSƏ CİXACAQ BİRCƏ ONU BİLMƏDİK? ƏSGƏR OLANDDA KOMANDİR MƏNƏN DUZ GƏLMİRDİ. STABDA İSLƏ TƏMİN OLUNMAXİM İSƏ HEC ONA LƏZƏT ETMİRDİ. HARDA GORƏN KİMİ MAMAEDOV İSƏ GƏL DEYİB QİSQİRİRDİ. HARA GEDİRDİM ARXAMCA GOZ QOYURDU. BİR GUN TUALETDƏYDİM BİRDƏ GORDUM KOMANDİRİN SƏSİ GƏLİR MAMEDOV İSƏ GƏL..DDİM AYƏ BU KOPƏK OXLUNUN TUALETDƏDƏMİ GOZU VAR HİY?

Zaur 2018-08-07 11:36:59

Bütün günahlar bir...üzərindədir....

Qabil 2018-08-07 11:36:59

Bütün əhali bildi ki .... Bundan sonra onun işə qaytarılması nə deməkdir başa düşmək olmur.

Obyektiv 2018-08-07 11:36:59

Indi guya bu ne demekdir ki??! Soz tapa bilmirem... Sanki, birevezolunmaz alimden sohbet gedirmish.. Chox "ziyali-alicenab" ishler gormush kimi..

kasib 2018-08-07 11:36:59

allah haqqa guc versin.

EWDER 2018-08-07 11:36:59

ALLAH HAMIYA EMELINE GORE VERSIN...AZERBAYCAN YALAN PALAN DOVLETIDIR...GETSIN.WIROKO WAQAET AZEBIJAN...SURRETLI INKIWAF MESELESI.

Uveys 2018-08-07 11:36:59

Yeni vezife o qeder şirin ve vazgecilmezdir? invalid kalyaskasinda camaata soyus soyecek)))))))))

--- 2018-08-07 11:36:59

Haram , talan edilən pullarla müalicə alıb sağ da qalıb. Xalqın acığına bu dəfə onu Böyük Aparata vəzifəyə təyin edərlər.

Qanun ! 2018-08-07 11:36:59

O, qanuna uyqun, serencam vermelidir ki, Elmar Veliyev sehhetine gore, bir elil kimi, vezifesinden azad edilsin. GOSTERISHLER ile olke IDARE OLUNDUQUNA GORE, neticede, BOYUK - HUNDUR DIVAR, AYIRIR XALQI, yuksek selahiyyetliu memurlardan...

doktor Ellezov 2018-08-07 11:36:59

insanlara yalan melumat vermek neye lazim? bu adamin neinki iwe cixmasi hetda ozunu idare ede bilmesi sual altindadir,teki duzelsin ama diaqnoz ortadadir.

Qoca Palıd 2018-08-07 11:36:59

Fikrimizcə Vəliyev Yelmar ölkəmizdə "persona non qratadır" desək yanılmarıq.

Molla Nəsrəddin 2018-08-07 11:36:59

Utanmasan oynamağa nə var ki, Ə bu zalım oğlu bir özünə gəlsin də sonra işin dərdini çəksin də.Əsas can sğlığı deyilmi. Elə adından deyirlər, deyir işə çıxacam. Həqiqətən də belədirsə, Lap deyək ki, sağaldın. Hələ bir gör səni bu həngamədən sonra işə qaytaran var ki. Nə isə ay Cəlil demirdinmi burası danabaşlar ölkəsidir. Odurki də hər şey gözləniləndir. Olsa da təccüblənmərik.

Mahir Əliyev 2018-08-07 11:36:59

Bunun beyninin hamısı üstündə olanda hələ rayonu idarə edə bilmirdi.Bəs parabeyinlə nə təhər idarə edəcək.

BAKILI 2018-08-07 11:36:59

Cox maraqlidir melumat verenin adi aciqlanmir bu adama olan munasibet hamita melumdur sag qalib qalmamagi hec kimi maraqlandirmir

t.ədalət 2018-08-07 11:36:59

Elmar Vəliyerv əsgər deyil ki,deyək,erməninin qabağında dayanan bir igidimiz azaldı,millət də narahat olsun.O ,digər məmurlar kimi bir maliyyə oğrusudur.Onun işə çıxıb-çıxmamasının millətə heç bir aidiyyatı yoxdur..

Son yazılar