Metroda siqaret çəkən polislə bağlı açıqlama - Rəsmi

Daha bir polisin Metropolitendə siqaret çəkməsini əks etdirən foto yayılıb. Feysbuk sosial şəbəkəsində “Sancaq” adlı səhifənin yazdığına görə, həmin foto bir neçə gün öncə “İnşaatçılar” metro-stansiyasında çəkilib.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Bakı Metropolitenin Mühafizəsi üzrə Polis Şöbəsinin rəis əvəzi mayor Əliyev bildirib ki, yayılan foto ilə bağlı onlarda da məlumat var:

“Dediyiniz fotodan bizim də xəbərimiz var. Bu hal barəsində daxili nizamnaməyə uyğun olaraq tədbir görüləcək”.

Qeyd edək ki, polis əməkdaşlarının metroda siqaret çəkməsi ilə bağlı bu günə qədər bir neçə foto yayılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar