Kənan M.M həbs olundu - Yenilənib

Tanınmış rejissor barəsində xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb

Ötən gün məşhur rejissor Kənan M.M Binəqədi rayonu ərazisində saxlanılıb. Binəqədi rayon Polis İdarəsi 5-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə günorta saatlarında baş verib.

Belə ki, 5-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində xuliqanlıqda ittiham olunan Kənan Mahmud oğlu Mahmudov saxlanılıb.

Onun barəsində Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin xuliqanlıq müddəsilə cinayət işi başlanıb.

İstintaq gedir.

* * *

Daxili İşlər Nazirliyi rejissor Kənan M.M-in həbsi ilə bağlı açıqlama verib.

Nazirliyin mətbuat xidmətinindən verilən məlumata görə, Vüqar və Vüsal Muradov qardaşları ərizə ilə müraciət ediblər. Muradovlar müraciətlərində bildiriblər ki, Kənan bir qrup şəxslə zor tətbiq edərək onları döyüb. DİN sözçüsü görülən tədbirlər nəticəsində rejissorun saxlanıldığını və qarşı tərəfin əməlini etiraf etdiyini qeyd edib. Bundan sonra Cinayət Məcəlləsinin 221-ci maddəi ilə barəsində cinayət işi açılıb və həbs olunub. Hazırda faktla bağlı istintaq aparılır.

Qeyd edək ki, Vüqar Muradov "Yeni Ulduz" yarışmasının iştirakçısı olub və hazırda müğənni kimi tanınır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar