Güləş məşqçiləri zəif nəticə və nöqsanlara görə işdən çıxarıldılar

Güləş üzrə ölkə yığma komandalarının məşqçilər korpusunda dəyişiklik edilib.

Oxu.Az xəbər verir ki, Azərbaycan Güləş Federasiyası prezidentinin səlahiyyətlərinin icraçısı, Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin üzvü Namiq Əliyevin imzaladığı əmrə əsasən, yunan-Roma güləşi üzrə yeniyetmələr və kiçik yaşlı yeniyetmələrdən ibarət yığma komandaların məşqçilər korpusunda dəyişiklik olub.

Belə ki, yeniyetmələrin Avropa və dünya çempionatında yığma komanda üzvlərinin imkanlarından aşağı səviyyədə iştiraklarına görə böyük məşqçi Bəhram Mürvətov, məşqçilər İslam Cəfərov və Fuad Əliyev tutduğu vəzifədən azad edilib.

Əmrə əsasən, Taleh İsrafilov yığma komandanın böyük məşqçisi, Nazim Əhmədov və Rasim Ağayev isə məşqçi təyin edilib.

Bundan başqa, kiçik yaşlı yeniyetmələrdən ibarət yığma komandanın böyük məşqçisi Əfsər Namazəliyev işdə yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib, Əbülfət Məmmədov və İlham Vəzirov bu yaş qrupundan olan yığmaya məşqçi təyin edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar