Təmir etdirdiyi körpüdən istifadə üçün bir manat alır - VİDEO

Son vaxtlar bölgələrdə, xüsusən istirahət zonalarında ictimai əsaslarla qurulan, belə demək mümkünsə, xalqın ümumi malı hesab edilən xidmət növlərindən istifadəyə görə kimlərinsə pul tələb etməsi hallarına rast gəlirik. Növbəti belə məqam Şəkidə üzə çıxıb – ödənişli avtomobil körpüsü.

Musavat.com-un məlumatına görə, ARB TV xəbər verir ki, uzun illərdir mövcud olan körpünü bir sahibkar təmir edib və həmin şəxsin tapşırığı ilə körpüdən istifadəyə görə hər avtomobil 1 manat pul ödəməlidir.

Sahibkarın bu addımı qanuna uyğundurmu? Təmirə ehtiyacı olan hər hansı yolu iş adamı gəlir sahəsinə çevirə bilərmi? Məsələ araşdırılıb.

“Kişinin adını söylədilər, dedilər ki, giriş-çıxış ona çatır. Bilmədik, nə məsələdir. Məəttəl qaldıq, pulunu verdik, keçdik”, - yerli turistlərdən biri bildirib.

Nəzarətçi Anar Abdulhəmidov isə deyir ki, bu körpü şəxsi əmlak sayılır və onu öz hesabına təmir edən şəxsin qərarı ilə ödənişli edilib:

“Fiçəng müəllim dəfələrlə bu körpünü qurdu, düzəltdi ki, sakinlərə, qonaqlara xoş olsun, gəlsin, istirahətini etsin. Öz hesabına qoyduğuna görə və heç bir qurum kömək etmədiyi üçün bunu ödənişli edib”.

Nəzarətçi körpünün ödənişli olmasının bəzi sakinləri narazı saldığını etiraf edir. Vəziyyəti izah etdikdən onların bu halı normal qarşıladığını deyir. Ödənişli körpü yalnız gündüzlər fəaliyyət göstərir, gecələrsə möhürlənir:

“Deyirlər ki, çaylaqda körpü pullu ola bilməz. Amma biz başa salırıq ki, buna görədir. Hamı normal qarşılayır”.

Qanunvericiliyə görə, ölkədə avtomobil yolları özəl ola bilər. Bunun üçün həmin yolun və ya yollar üzərində yerləşən körpülər və digər yol qurğularının layihə sənədlərinin hazırlanmasından başlayaraq, bütün işlər fiziki şəxs və ya şirkət tərəfindən görülür, həmçinin mülkiyyət hüququnun qeydə alınması həyata keçirilir. Ancaq bu hallarda da həmin yol ümumi istifadə üçün açıq olmalıdır.

Bu körpünün vəziyyəti isə heç də ürəkaçan deyil və heç bir normativə uyğun gəlmir. Dəfələrlə sel nəticəsində uçub. Bu isə təhlükəsizliyin necə təmin olunacağını sual altına qoyur.

635x100

Şərhlər

EWDER 2018-08-07 22:28:29

ESAS INKIWAFDU...AZERBAYCANDA HER WEY MUMKUNDUR,KIM NE ISTEYIR ONUDA YAP IR..VE SURRRETLII INKIWAF DAVAM EDIR

t.ədalət 2018-08-07 22:28:29

Dövlət tərəfindən tikilib,guya şəkər xəstələrinin istifadəsinə verilən "Bakı sağlamlıq mərkəzi" hazırda məssəbi bilinməyən bir Türkiyə və ya Suriya vətəndaşına satılıb.Fikir verirsinizmi,dövlət tərəfindən tikilən xəstəxana satılıb.İndi kim ora gedir,baxmırlar şəhid ailəsidir və ya müh.əlili--deyirlər pulunu keçir,vəssalam.Depozit 500 manatdan başlayır.Ələt-Astara yolu da dövlət hesabına çəkilib.Amma deyirlər ki,kiməsə arendaya verəcəklər,o da istədiyi qiyməti qoyacaq.İndi yazıq Şəkilini necə qınayasan?

Son yazılar