Heydər Əliyevə sui-qəsd hazırlayan şəxs azadlıqda

Mərhum prezident Heydər Əliyevə sui-qəsdə cəhd etməkdə təqsirləndirilərək 15 il həbs cəzası almış Türkiyə vətəndaşı Həsən Toku ilə bağlı qərar dəyişdirilib

İnterpress.az xəbər verir ki, Həsən Toku 1993-cü il 30 sentyabrında bir Azərbaycan vətəndaşı ilə birlikdə Heydər Əliyevə sui-qəsdə hazırlaşarkən saxlanılmışdı.

O zaman silahla birlikdə saxlanılan Həsən Toku Azərbaycanda məhkəmənin qərarı ilə 10 il həbsə məhkum edilmişdi. 8,5 ildən sonra əfv edilən Həsən Toku Türkiyəyə qayıtdıqdan sonra əcnəbi dövlət başçısına sui-qəsdə cəhd ittihamı ilə yenidən mühakimə olunaraq ölkəsində 15 il həbs cəzası almışdı.

Lakin yerli məhkəmənin bu qərarı yuxarı instansiya tərəfindən dəyişdirilib. Belə ki, Həsən Tokunun bundan əvvəl Azərbaycanda eyni cinayətlə bağlı məhkum edildiyini nəzərə alaraq Türkiyə qanunlarına görə təkrar mühakimə edilməyəcəyi haqqında qərar çıxarılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar