"QOCA"NI QAÇIRAN QADINLARDAN BİRİNİN İFADƏSİ - "Gecəni mənim evimdə qaldı..."

Bakıda məşhur dustaqların qaçması olayı ilə bağlı yeni məqamlar üzə çıxıb. Bu dəfə "Qoca"nın qaçmasına kömək edən Günay Atakişiyeva sirləri açıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Fədayə Laçın, Penitensiar Xidmətin konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, Penitensiar xidmətin üç əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov və digərlərinin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Musavat.com səs-küylü cinayət işinin əsas iştirakçılarından Günay Atakişiyevanın istintaqa ifadəsini əldə edib. Atakişiyeva "Qoca"ya necə kömək etməsinin təfərrüatlarını danışıb.

O, "Qocanı" hadisədən bir neçə ay əvvəl tanıdığını söyləyib: “Birgə kirayədə yaşadığım rəfiqəm Lalə vasitəsilə 6 ay əvvəl “Qoca”nı tanıdım. Lalə uzun müddət əvvəldən Etibar Məmmədov ilə intim münasibətdə olurdu. Lalə deyirdi ki, bir-birlərini sevirlər. Mən də Lalənin telefonu ilə dəfələrlə Etibarın telefonuna zəng edərək onunla danışmışdım. Həmin vaxt Etibar Bakı İstintaq Təcridxanasında saxlanılırdı. 2017-ci ilin sentyabr ayında Lalə, mən və Etibarın dostu Aqillə birgə onun yanına getdik. Orada Etibarı ilk dəfə üzbəüz gördüm, sonra evə qayıtdıq. Sonra yenə Lalənin telefonundan Etibarla danışmağa davam etdim".

Atakişiyeva söyləyib ki, "Qoca" onu həbsxanaya çağırıb və qaçmasına kömək etməsini istəyib: "Oktyabrın 19-da Aqil mənə zəng edib dedi ki, Etibar mənim onun yanına getməyini istəyir. Mən də Aqillə birgə getdim. Etibarın qardaşı Vüqar da orada idi. Görüşdə Etibar mənə dedi ki, “Bizi 21 oktyabrda Lənkərana məhkəməyə aparacaqlar. Mən onda qatardan qaçacam. Aqil sənə açar verəcək, həmin açarı oktyabrın 21-də Biləcəriyə gətirib dustaq daşınan qatarda mənə verərsən”. Mən də qorxduğum üçün açarı apara bilməyəcəyimi dedim. Etibar dedi ki, onda mənə paltar verəcəklər, onu gətirib qatarda ona verərəm. Mən onunla razılaşdım. Oktyabrın 21-də Aqillə Biləcəridə görüşdüm, mənə bir torba verib dedi ki, “bunu Etibara verərsən”.

Axşam saat 11 radələrində qatara yaxınlaşdıq, rəis Ceyhun bizi qarşıladı, mənim çantamı yoxladı, amma Etibara verəcəyimiz bağlamaya baxmadı. Onu bizdən alıb özünün verəcəyini dedi. Bir müddət sonra məni Etibarın olduğu otağa apardılar, onda gördüm ki, həmin torba artıq Etibara verilib. Biz bir az söhbət edəndən sonra Etibar otaqdan çıxıb başqa dustaqların yanına getdi, sonra qayıtdı".

İfadəsinin davamında G.Atakişiyeva dustaqlar qatardan qaçan gün baş verənləri belə danışıb: "Etibar xüsusi vaqonda olarkən çox sərbəst hərəkət edirdi, istədiyi yerə girib-çıxırdı. Biz gecəni bir yerdə qaldıq, Lənkəranın Liman stansiyasında mən düşüb Masallıya getdim, bir qədər sonra Etibar zəng edib onunla birgə qatarla Bakıya qayıtmağımı istədi. Mən Lənkərana qayıtdım, qarovulda xidmət edən Tural adlı şəxs mənə zəng edib 1-2 saat sonra Liman stansiyasında olmağımı tapşırdı və məni ordan götürəcəklərini dedi. Sonra Etibar zəng edib rəisin telefonu ilə danışdığını dedi. Mən stansiyaya çatandan sonra Tural adlı əməkdaş məni qarşıladı və üstümü yoxlamadan məni Etibarın yanına apardı. Şirvanda Aqil də qatara mindi, o Etibarla pıçıltı ilə nəsə danışdı. Aqillə mən orada qatardan düşdük, taksi ilə Bakıya gəldik. Səhər saat 05 radələrində Etibar Aqilə zəng eləyib qatardan qaçdığını dedi və onu “Ağ Saray” şadlıq sarayının yanından götürməyimizi istədi. Biz həmin yerə gedib qatardan qaçan digər dustaq Əli ilə birgə Etibarı götürdük. Lökbatanda da başqa bir oğlan maşına mindi, ordan da Hökməlidə Famil adlı şəxsin evinə getdik. 1-2 saat qalandan sonra mən ordan Sumqayıta, qaldığım evə qayıtdım. Həmin gecə Etibar da gəlib bizdə qaldı. Etibar mənə dedi ki, ona 19 il iş verəcəkləri üçün qaçıb və sərhəddən qanunsuz keçməyi planlaşdırır. Onun tələbi ilə nömrəmi sındırıb atdım, səhəri gün tanış taksi sürücüsü Məhəmmədi çağırdım, mən və Lalə ona Etibar haqda dəfələrlə danışmışdıq deyə artıq onu qiyabı tanıyırdı. Məhəmməd Etibarın türmədən qaçdığını bilirdi və onu Qazaxa aparmaq üçün 150 manata razılaşdı".

G.Atakişiyeva "Qoca"nı maşına mindirib sərhəddə apararkən yolda necə yaxalandıqlarını da danışıb: "Etibar 2 adyal və yastıq götürüb maşının “baqaj”ına girdi və orada gedəcəyini dedi. Mənə 800 dollar verib dedi ki, Qazaxda ona qaytarım. Yolda Etibar Məşədi adlı şəxslə 1 saatdan bir danışırdı, Məşədi onu Sadıxlı kəndinə aparıb oradan Gürcüstana keçirəcəkdi. Gecə saat 01 radələrində Qazaxa çatdıq, Məhəmməd orada başqa bir taksiyə 23 manat verdi ki, bizə bələdçilik edib Ağstafa rayonunun Sadıxlı kəndinə aparsın. Poylu stansiyasına çatanda gördük qarşıda post var və polislər, hərbçilər maşınları yoxlayır. Bu vaxt Etibar dedi ki, maşını geri sürsün. Mən Etibara qaçmamasını dedim, amma qulaq asmadı.

Arxadan "Niva" markalı maşında polislər gəlirdi, biz Poylu kəndinin içində küçəyə girdik, dalan oldu. Məhəmməd maşını saxladı, Etibar maşından düşüb ağacların arasına qaçdı. Polislər bizi tutub şöbəyə gətirdilər, Etibar isə qaçıb getdi". (Musavat.com)

635x100

Şərhlər

adam utanir 2018-08-08 11:06:39

Exlaqsizligin derecesine bax da, "refiqe"sinin oynashi ile bu da oynashirmish. qoca da fedayeni sevirmish. gunaya ne ved verib aldadib goren??? Ne gopa basib??? Deyib men vorzakonam, seni yashadaram. Ozu yixilan aglamaz. Artiq tamah bash yarar. Esl 21ci esre layiq sevgi dastanidir. qoca ve fedaye dastani. Bunlari bir kamerada qeti saxlamaq olmaz.orda yoluwarlar da bedheybet etibar ustinde hahaha. Fedaye senin agilsiz oldugunu coxdan bilirdim. Tezw xeber deyil.

valideyin 2018-08-08 11:06:39

Bilerekdenmi ya cahillikdenmi bezi 2ayaq ustunde gezen mexluqlar, bunlara insan demek olmaz, az qala fedaye ve etibari ilahilewdirib 21ci esrin esli ve keremine cevirmeye can atirlar. Bunun adi sevgi deyil, bu exlaqsizliq ve pozgunluqdur. Cinayet iwinin bir epizodunda hele bu psixin 3 qadinla qeyri-qanuni, exlaqsiz elaqesi melum olur. Bu sadece bir .. agildankem qadinlari barmaginda firlatmasidir. Youtubeda bele ...qadinlari xalqin balalarina ilahilesdirib teqdim etmeyin qarsisi alinmalidir. Onsuz da pis gundeyik. Balalarimiz, yeniyetmelerimiz yaziqdir. Onlari bele alcaqlarina toruna salmasinlar.

Asife 2018-08-08 11:06:39

Payatonnan etibar ne tapilmaz tikeymis. Dogrudan qadinlarin agli dabaninda olirmush. Hansisa gice gore heyatlarini puc edibler.

Son yazılar