"QIŞQIRMAĞA BAŞLADI Kİ, AY ALLAH ÖLDÜM..." - Bəxtiyar Hacıyev polisə aparılıb + VİDEO

Gənc fəal Bəxtiyar Hacıyev dünən gecə DYP əməkdaşlarının qanunsuz hərəkəti və zorakılığına məruz qalıb.

"AzPolitika.info"nun məlumatına görə, bu barədə B.Hacıyev özü "Facebook"da məlumat verib. Bundan əvvəl isə o, hadisəni "Facebook" üzərindən canlı yayımla izləyicilərinə çatdırmaq istəyib. Lakin DYP inspektoru öz avtomobilinin içində Bəxtiyar Hacıyevə hücum edərək, telefonu onun əlindən alıb.

B.Hacıyev baş verənləri belə nəql edib: "Gecə ofisdən çıxıb, evə gəlirdim. Yaşadığım həyətdə parkinq yeri axtardım, park elədim, yavaş-yavaş piyada evə doğru gedirdim, bloka yaxınlaşmışdım ki, 99-YP-281 nömrəli YXP avtomobili həyətə girdi. Mən düşündüm ki, nə isə soruşmaq istəyirlər, dayandım, bir YPX yaxınlaşdı ki, niyə burada saxlamısan, hərəkətlərin şübhəlidir, içkilisən? Dedim bu binada yaşayıram və spirtli içki içmirəm. Dedi mən nə bilim ki, burada yaşayırsan? Gedək, spirtli içki içib-içmədiyini yoxlayaq.

Dedim axı mən sükan arxasında deyiləm, evə qalxıram, qabağımı kəsmisən-filan. Qabağımda dayanıb, itələməyə başladı ki, hara gedirsən? Yoxlamalıyıq səni də, sənədlərini də, yoxsa, PPX çağıracağıq. Dedim sənədlər maşındadır, gedək göstərim, PPX da çağırın, əsasınız varsa, gedək harada istəyirsinizsə, alkoqol testi də keçim, heç bir problem yoxdur. Maşına gəlib oturanda digəri qapısını açıb, maşınımın qapısına toxundurdu, sonra da "indi PPX gəlsin, deyəcəyik ki, maşının qapısını əzmisən" dedi. Mən baxdım ki, bunlar şərləməyi şərəf bilənlərdəndir, maşının qapılarını bağlayıb, YPX maşınının qapısının zədələnmədiyini çəkdim, canlı yayım etdim. PPX gəlmədiyini görüb, YPX avtomobilini arxaya çəkdilər, gəlib pəncərədən hücum etdilər, qapını açıb, telefonumu qapıb, hər ikisi qolumu buraraq YPX maşını ilə 27-ci bölməyə apardılar. Yolda Adil adlısı boğazımı sıxıb, məni boğmağa çalışırdı.

Bölmənin həyətində Adil adlı YPX işçisi mənim yanılmadığımı sübut etdi, bir kənara çəkildi, bir az sonra qolunu tutaraq "Ay Allah, ağrıdan öldüm, dərman gətirin mənə", "maşının qapısını əzib" deyərək, ypxşüvənliyə başladı. Məni bir neçə dəfə təxribata çəkmək istədi, "yaşadığın evi tanıyıram, gör sənə nə edəcəm" filan deyib, hədələyib, çalışırdı ki, ona nə isə cavab qaytarım. Mən isə tam sakit şəkildə "nə istəyirsiniz deyin, nə istəyirsiniz yazın, mən onsuz da sizin belə ypxşüvənliyinizdən qorxub, geri çəkilməyəcəm, əvvəl axır telefonum mənə qayıdacaq, mən sizin hərəkətlərinizdən şikayət edəcəm, onsuz da sübut kimi video var, yayılıb, qapınıza heç nə olmayıb" dedim.

Bölmə əməkdaşları məni hörmət və nəzakətlə qarşıladılar, sağ olsunlar. Təklif etdilər ki, məsələni xoşluqla bağlayaq, hərə öz işinə getsin. Razılaşmadım ki, həyətdə, blokun ağzında durub, itələyərək binaya daxil olmağa qoymayan, məni şərləməyə çalışan, təzəcə müalicəsi bitmiş sınıq qolumu burub, vurub, zorla bölməyə gətirən, "evini tanıyıram, ünvanı izahatından götürdüm, görərsən nə edəcəm" deyərək təhdid edən məxluqlarla danışmaq istəmirəm, şikayətimi edəcəm. Ərizəmi və izahatımı yazdım, bir neçə saat dincəlməyim üçün evə gəldim, saat 9:00 radələrində yenidən bölməyə getməliyəm.

Çölə çıxanda məlum oldu ki, bu öz qolunu cırmaqlayıb, "Ay Allah öldüm, ürəyim getdi, dərman gətirin" deyən Adil adlı şəxs raport yazıb ki, mən həm də YPX maşınının qapısını yox, arxasını əzmişəm. Elə yazıb, çünki qapının videosu var, əzilmədiyi görünür.

Belə... Dəfələrlə dediyimi təkrarlayım - hökümət adilkimiləri, ypxşüvənlik edənləri öz siması kimi özünə yaraşdırırsa, biz nə edək? Sadəcə belələrinə məclislərdə, üz-üzə gələndə, etdikləri hərəkətin əsl adını demək olar".

Qeyd edək ki, Bəxtiyar Hacıyevin dediklərinin həqiqətə nə dərəcədə yaxın olduğunu yoxlamaq o qədər də çətin deyil. Hər bir DYP inspektorunun üzərində sürücülərlə danışıqların səs yazısını yazan qurğu var. DYP rəhbərliyi bu səs yazısını yaymaqla, kimin haqlı olduğunu asanlıqla cəmiyyətə nümayiş etdirə bilər. Amma çətin ki, yaysınlar...  

B.Hacıyevin canlı yayımda göstərdiyi kadrları təqdim edirik:

635x100

Şərhlər

Qoca Molla 2018-08-08 12:56:54

Ümumiyyətlə bütün sivil ölkələrdə olduğu kimi bizdə də YPX ən azı 75% məhdudlaşdırılıb yəni sayı azaldılıb funksiyaları Bakı Nəqliyyat Agentliyinə verilməlidir. Onsuz da şəhərin hər tərəfi kameradır. Belə olan halda milyonlar xərclər YPX ə yeni model maşınları niyə alırlar. Həmin pula müəllimlərin əmək haqqısını artırmaq olardı. Yeri gəlmişkən kameraların çoxunu qəsdən işləmirlər ki yollardakı YPX maşınları daha çox töycü yığa bilsin.

hüquqşünas 2018-08-08 12:56:54

avtomobil vetendaşin xüsusi mülkiyyəti hesab olunur. heç bir halda icazesiz, zorla içeri daxil olmaq ve ya özünü içeri soxmaq olmaz. bunun özü bir cibayetdir, çünki konstitusiyaya görə mülkiyyət toxunulmazdır

sual 2018-08-08 12:56:54

gopda olsa mataqli dəyilmi?

Yaqub müəllium 2018-08-08 12:56:54

Açıq-aydın görünür ki, polis əməkdaşları tam şəkildə qanunsuzluq törədərək səlahiyyət hədlərini aşırlar. Onlar barədə prokurorluq orqanları tərəfindən araşdırma aparılıb qanuni tədbir görülməlidir. Yaxşı ki, o polisn silahını çıxarıb vətəndaşı gellələmədi. Allah insanı belə polislərin şərindən qorusun. Vay-vay-vay....

Elsevər 2018-08-08 12:56:54

Bunlar tələb olunan qaydada işlətirlər.Niyə vətəndaş haqlı olduğunu zorla sübut etməlidir? Bu gedişlə hüquqi dövlətdə yaşayırıq demək olarmı? Bütün bunlar sadəcə bizi dünyada biabır edən faktlardan biridir.Davam edin .......

vetendas 2018-08-08 12:56:54

Ona gore de xarice oxumaqa geden genclerin hec biri bura qayitmaq istemir. Yerde qalan...

Bakili Balasi 2018-08-08 12:56:54

videonun axirinda DYP emekdashi adina layiq olmayan shekilde ....kimi gelib tel surucunun elinden nece almagi her sheye subutdu.

ədalət naminə 2018-08-08 12:56:54

Yaxşı olar, DİN-in rəhbərliyi DİN-in adına şərəf gətirməyn, belə halları həmçinin vətəndaşın obyektivliyini şəffaf şəkildə araşdırsınlar. Bu daha çox DİN-ə lazımdır ki, təsadüfü adamlardan orqan və xalq xilas olsun.

t.ədalət 2018-08-08 12:56:54

Bu YPX əməkdaşları,ola bilsin ki,xüsusi tapşırıqla belə əxlaqsız hərəkət ediblər. Mən, bu YPX əməkdaşları ilə İsmayıllı rayonunda iribuynuzlu mal-qaranın əmcəyini kəsənlər arasında bir oxşarlıq görürəm..

EWDER 2018-08-08 12:56:54

haqq edalet olmayan olkenin vetendawlariyiq

Əhməd 2018-08-08 12:56:54

Mən belə adamlara heç vaxt gölməmişəm Ölkədə minlərlə şərəfıi cavanlar var DİN belələrini haradan tapəb işə qəbul edir?Onları işə qəbul edəndən də soruşmaq lazımdır.Budurmu bunların göstərdiyi xidmət. Belə xidmət olur? Bu qoçuluqdur? Bunlara verilən qiymət bütün YPX nin özünə verdity qiymər olacaq

Son yazılar