Timoşenko prezidentliyə ən şanslı namizəddir - Poroşenko ilk üçlüyə də düşməyəcək

Ukraynada prezidentliyə namizədlər arasında ən yüksək reytinqə «Batkivşina» partiyasının sədri, sabiq baş nazir Yuliya Timoşenko malikdir.

"AzPolitika.info" xəbər verir ki, “Reytinq” sorğu mərkəzinin açıqladığı nəticələrə görə, Timoşenkoya hazırda seçicilərin 17.7 faizi səs verməyə hazırdır.

Gələn ilin martında keçiriləcək seçkidə hazırkı prezident Pyotr Poroşenkoya cəmi 8.3 faiz seçici səs vermək fikrindədir.

Bu nəticə ilə Poroşenko yalnız 4-cü yerə ümid edə bilər. 2-ci yerdə 10.7 faiz səslə “Vətəndaş mövqeyi” partiyasının sədri Anatoli Qritsenko qərarlaşıb. 3-cü yerdə isə radikalların rəhbəri Oleq Lyaşkodur. Respondentlərin 8.5 faizi ona səs vermək fikrindədir. Bununla yanaşı qeyd olunur ki, Ukrayna seçicilərinin böyük qismi ölkədə ədalətli seçki keçiriləcəyinə şübhə ilə yanaşır.

Timoşenkonun əsasən Ukraynanın qərbində, mərkəzində və cənubunda dəstəkləndiyi bildirilir.

Onu da qeyd edək ki, son illərin ən aktiv siyasətçilərindən olan Timoşenkonun ailə qurmamışdan öncəki soyadı Qriqyan olub. Lakin milli mənsubiyyətilə bağlı məsələyə aydınlıq gətirən xanım siyasətçi atasının latış, yəni latviyalı, anasının isə ukraynalı olduğunu deyib. Timoşenko bildirib ki, babasına pasport verən məmurların səhvi ucbatından Qriqyanis soyadı Qriqyan kimi göstərilib.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar