RUBL ÇÖKÜR - Rusiyanın milli valyutası son iki ilin antirekordunu vurub

“AzPolitika” Rusiya mətbuatına istinadla xəbər verir ki, bu ölkənin milli valyutası sürətlə dəyər itirərək son iki ilin antirekordunu vurub. Belə ki, Moskva birjasında keçirilən son hərracların nəticələrinə görə, 1 avro 75.2, 1 dollar isə 64.9 rubla qədər bahalaşıb.

Təhlilçilər dolların tezliklə 65 rubldan da baha olacağını bildirirlər. Son dəfə rubl bu həddə 2016-cı ilin payızında enmişdi.

O da qeyd olunur ki, Rusiyanın milli valyutasının bu qədər sürətlə ucuzlaşmasının başlıca səbəbi ABŞ-ın yeni sanksiyaları ilə bağlı xəbərlərdir.

Məlum olub ki, ABŞ senatorlarının hazırladığı yeni layihəyə görə, Rusiyanın suveren borclarının satın alınmasına və Rusiya bankları ilə dollarla hesablaşma aparılmasına qadağa qoyulacaq.

Xatırladaq ki, son günlərdə Rusiya ilə yanaşı, Türkiyənin də milli valyutası sürətlə ucuzlaşmaqdadır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar