Azərbaycan Ordusunun mövqelərində heç bir partlayış baş verməyib - MN

"Azərbaycan Ordusunun bölmələrinin döyüş mövqelərində heç bir partlayış hadisəsi baş verməyib".

Bu barədə "Report"un sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, erməni tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil, yalandır və düşmənin növbəti təxribatıdır: "Yayılan məlumat avqustun 6-da Ermənistan silahlı qüvvələrinin mövqelərinin birində, blindajda partlayışın baş verməsi barədə tərəfimizdən verilən məlumata düşmənin uğursuz cavab cəhdidir. Bölmələrimiz əməliyyat şəraitinə tam nəzarət edir".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar