Ərdoğan yəhudilərin mükafatını geri qaytarmağa razı oldu

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan yəhudilərin ona verdiyi "Cəsarət" mükafatını geri qaytarır.

SalamNews-un ATV-yə istinadla verdiyi xəbərə görə, Türkiyənin Vaşinqtondakı səfiri Serdar Kılıç 2004-cü ildə təqdim edilən "Cəsarət" mükafatının qaytarılması ilə bağlı Amerikan Yəhudi Konqresi (AJC) sədri Jak Rosena baş nazir R.T.Ərdoğanın adından məktub yazıb.

Məktubda deyilir: "Mükafatın geri istənilməsi AJC-nin İsrail hökumətinin izlədiyi işğal və vəhşilik siyasətlərinə laqeyd qalmasının göstəricisidir. Baş nazir R.T.Ərdoğan dünən olduğu kimi, bu gün də Fələstin probleminin sülh yolu ilə ikidövlətli həll formulunun həyata keçirilməsinin tərəfdarıdır.

Amerika Yəhudi Konqresinin mövcud liderliyinin Qəzzadakı günahsız vətəndaşlara hücuma qarşı tutduğu mövqeyə görə R.T.Ərdoğana 2004-cü ildə təqdim etdiyiniz mükafatı geri verməkdən məmnuniyyət duyuruq. Baş nazir Ərdoğan, bu mükafat olmadan da terrora qarşı mübarizə aparmağa, Fələstin probleminin sülh yolu ilə həllinə töhfə verməyə və Türkiyə yəhudi camaatının can və mal təhlükəsizliyini qorumağa davam edəcək."

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar