Türkiyə İrandan qaz almağı davam etdirəcək - ABŞ sanksiyalarına baxmayaraq...

«AzPolitika.info»-nun Türkiyə KİV-nə istinadla verdiyi xəbərə görə, qardaş ölkənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz bəyan edib ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) sanksiyalarına baxmayaraq, Türkiyə əvvəlki kimi İrandan qaz almaqda davam edəcək.

Avqustun 6-dan 7-nə keçən gecə ABŞ İrana qarşı sanksiyaların birinci paketini bərpa edib, bunun yekun mərhələsi isə noyabrda qüvvəyə minəcək və neft ixracına qadağa qoyacaq.

«Bizim üçün enerji təhlükəsizliyi çox əhəmiyyətlidir. Bizim İranla qaz kontraktımız var, onun fəaliyyət müddəti 2026-cı ilə qədərdir. Həmin kontrakt əsasında biz, hər il 9,5 milyard kubmetr qaz alırıq. Nə qədər ki, bizim öz vətəndaşlarımızı soyuqda və işıqsız qoymaq fikrimiz yoxdur, o qədər də kontraktın reallaşdırılması davam edəcək» - deyə, Dönməz «A Haber» telekanalına müsahibsində bəyan edib.

O, əlavə edib ki, ABŞ-ın İrana qarşı sanksiya qərarı birtərəflidir, Türkiyə isə qanuni ticarətlə məşğuldur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar