«Həmin bölgələr Gürcüstanın tərkib hissəsidir, Rusiyanın yox!» - ABŞ

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Şataları (ABŞ) Dövlət Departamentinin (DD) rəsmi nümayəndəsi Hizer Hayert bəyan edib ki, Rusiya Abxaziyada və Cənubi Osetiyada hərbi mövcudluğunu başa çatdırmalı və 2008-ci ildəki atəşkəs sazişi çərçivəsində öz öhdəliklərini yerinə yetirməlidir. Onun bəyanatı Dövlət Departamentinin rəsmi saytında dərc olunub.

«Həmin bölgələr Gürcüstanın tərkib hissəsidir, Rusiyanın yox!» - deyə, Hayert bildirib və əlavə edib ki, ABŞ əvvəlki kimi, Gürcüstanın suverenliyini, müstəqilliyini və dünya birliyi tərəfindn tanınmış sərhədlər daxilində ərazi bütövlüyünü dəstəkləyir.

Xatırladaq ki, 2008-ci il avşustun 8-12 tarixlərində Rusiya və Gürcüstan arasında davam edən hərbi fəaliyyət zamanı Cənubi Osetiya Gürcüstandan qopardılıb, onun ərazisində dünya birliyi tərəfindən tanınmayan «respublika» yaradılıb. Həmin hadisələr zamanı 850 nəfər həlak olub. Moskva hər iki bölgəni «suveren dövlət» kimi tanıyıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar