POLİS və DTX ƏMƏLİYYAT KEÇİRDİ - Çay fabrikində silah-sursat aşkar edildi

Astarada fəaliyyət göstərməyən çay fabrikinin ərazisindən silah-sursat aşkar edilərək götürülüb.

Məlumatı Daxili İşlər Nazirliyinin saytı yayıb.

Belə ki, daxil olan əməliyyat məlumatı əsasında Astara Rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən birgə görülən tədbirlərlə Pensər kəndində yerləşən, hazırda fəaliyyət göstərməyən çay fabrikinin ərazisinə baxış zamanı oradan 4 ədəd avtomat, 2 ədəd bıçaq, 1 ədəd patron darağı, əleyhqaz və digər silah-sursat aşkar edilərək götürülüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar