Jirinovski yenə Azərbaycandan danışdı

Vladimir Jirinovski 301211“Heç vaxt deməmişəm ki, azərbaycanlı adlı millət yoxdur"

Rusiya Dövlət Dumasının üzvü, Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski yenə də azərbaycanlıların soykökündən danışıb.

ANS PRESS-in məlumatına görə, “Rossiya dlya vsex” internet-portalına müsahibə verən LDPR liderinin bu dəfəki çıxışı əvvəlkindən xeyli fərqlənib.

Bu yaxınlarda azərbaycanlılar barədə təhqiramiz sözlər söyləməsi, dünyada azərbaycanlı adlı bir millətin olmadığını iddia etməsi barədə verilən sualı Vladimir Jirinovski belə cavablandırıb: “Mən heç zaman deməmişəm ki, azərbaycanlı adlı millət yoxdur. Mən sadəcə “azərbaycanlı” sözünü açdım. “Azər” sözü “Xəzər dənizi” ilə bağlıdır, “baсa” isə “sahil, kənar” deməkdir. Yəni Xəzər sahilində yaşayan insanlar. Bu, o demək deyil ki, belə millət yoxdur”,- deyə LDPR lideri vurğulayıb.

Xatırladaq ki, Vladimir Jirinovski bir necə gün öncə Azərbaycanın xeyrinə danışıb.

ANS PRESS-in məlumatına görə, Jirinovski "Rossiya 24" telekanalının canlı yayımında çıxış edərkən Azərbaycanı MDB ölkələri arasında müsbət nümunə kimi göstərib.

"Elə Azərbaycanı götürək. Bütün kəndlər abadlaşdırılıb, yeni komplekslər, həmçinin idman kompleksləri tikilir. Bütün ölkə inkişaf edib".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar