AZƏRBAYCANDA BAHALAŞMA - Rəsmi

2018-ci ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,8 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,8 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,3 faiz bahalaşıb.

Bu haqda Dövlət Statistika Komitəsindən bildirilib.

Cari ilin iyul ayında iyun ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,5 faiz ucuzlaşıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz bahalaşıb.

Ay ərzində yumru düyünün, manna və qarabaşaq yarmasının, makaronun, qoyun ətinin, pasterizə olunmamış üzlü südün, bananın, almanın, armudun, alçanın, gavalının, əriyin, şaftalının, pomidorun, xiyarın, badımcanın, bibərin, göy lobyanın, kələmin, çuğundurun, sarımsağın, soğanın, kartofun qiymətlərində ucuzlaşma, uzun düyünün, mal və toyuq ətinin, yumurtanın, kərə və bitki yağlarının, şəkər və şəkər tozunun, qara və yaşıl çayın, limonun, albalının, gilasın, qarpızın, yemişin, çiyələyin, göyərtinin, yerkökünün qiymətlərində isə bahalaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

İyul ayında iyun ayı ilə müqayisədə qeyri-ərzaq mallarından parçaların, inşaat materiallarının, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, məişət cihazlarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma, fotoaparatların, telefon aparatlarının və elektrik fenlərinin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

İyul ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilən ödənişli xidmətlərdən dəmiryol nəqliyyatı ilə ölkədaxili və beynəlxalq sərnişindaşıma xidmətlərinin, MDB ölkələri istisna olmaqla digər ölkələrə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, ödənişli ali təhsil haqlarının, mebel, ev əşyaları və döşəmə örtüklərinin, ayaqqabıların təmiri xidmətlərinin qiymətlərində bahalaşma, MDB ölkələrinə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, mənzillərin kirayə haqlarının qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

635x100

Şərhlər

Analitik 2018-08-09 15:31:53

Chox meyusedici (iqtisadi ve menevi..) hallardir, elaxusus istehlak (telebat) mallarina.. ( Bele hallarin 1-ci hell yolu, dermani tecili (real) indeksasiya mexanizminini tetbiq etmekdir! Suni bahalashmalarin da (guzeshtsiz nezaret sistemi ile) ciddi shekilde qarshisi alnmalidir! O bashqa olkeleri "gozesoxan" bezi "pafoschular" bilmelidirler ki, hemin olkelerde mehz indeksasiya, (hesablanmish) kompensasiyalar ve sigorta mexanizmi bele bahaliqlari sigorta eleyir ve ehali bundan hele de eziyyet chekmir..

Vətəndaş 2018-08-09 15:31:53

Satistika belə deyiesə,o zaman həqiqəti bilmək üçün bu rəqəmləri 5-ə,6-ya vursaq doğru plar. Bu hemişə belə olub

EWDER 2018-08-09 15:31:53

HAVADAN GOTURULMUW,BOW BOW REQEMLERDI...ESAS INKIWAFDU...GELEN IL DAHA SURRETLI OLAJAQ...EJDER OL CANI.

Son yazılar