Bakı sakini qardaşı arvadını qısqanclıq üstə öldürdü

Dərc olunub: 09/08/2018 - 17:44

Knife_250909Bakıda qətl hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə avqustun 8-də paytaxtın Xəzər rayonunda baş verib.

Xəzər rayonu, Binə qəsəbəsi, R.Əşrəfov küçəsi, döngə 2, ev 26-da yaşayan, 1975-ci il təvəllüdlü Abdullayev Əliəkbər Hafiz oğlu yaşadığı evdə qardaşının həyat yoldaşı, 1973-cü il təvəllüdlü Abdullayeva Rübabə Xudaşükür qızını qısqanclıq zəminində bıçaqlayıb.

Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.


loading...




Fikrinizi bildirin