RƏŞAD SADIQOV VƏHABİLƏRƏ QOŞULUB? - Məşhur futbolçu ilə bağlı ŞOK

"Hətta Sabirabadda baş vermiş hadisələr zamanı futbolçu Kürdəmirdən bu rayona gedən dindar yoldaşlarına qoşulmaq niyyətini gizlətməyib"

Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Qarabağ” Avstriyanın “Zalsburq” klubu ilə qarşılaşacaq. Keçən həftə II təsnifat mərhələsinində Maltanın “Valletta” komandası ilə oyunda Ağdam komandasının kapitanı Rəşad Sadıqov oyuna buraxılmamışdı.

Belə ki, o, oyunu digər futbolçularla ehtiyat masasında oturaraq deyil, mətbuat nümayəndələri üçün ayrılmış yerdən izləyib. Birinci hissənin sonuna 10 dəqiqə qalmış stadionu tərk edən Rəşad Sadıqov, ikinci hissədə ümumiyyətlə oyunu izləməyə gəlmədi.

Baş verənlər maraq doğurduğundan “Azpolitika.info”nun əməkdaşı kiçik araşdırma aparıb və bəzi ilginc məlumatlar əldə edib.

“Qarabağ”a yaxın mənbə əməkdaşımıza Rəşad Sadıqovun yaşıl meydançaya buraxılmamasının səbəbini açıqlayaraq, onun vəhabi təriqətinə qoşulduğunu, futboldan daha çox əqidədaşlarına vaxt ayırdığını söylədi: “Rəşadın oyunlara buraxılıb-buraxılmamasıyla bağlı komandada ciddi söz-söhbətlər yaranıb. Oyuna buraxılmamasını isə zədəli olduğu və guya həkimlərin icazə verməməsi ilə izah edirlər. Bu yaxınlarda Sabirabadda baş vermiş hadisələr zamanı futbolçu hətta Kürdəmirdən bu rayona gedən dindar yoldaşlarına qoşulmaq niyyətini gizlətməyib. Vəhabilər Sabirabada gedən zaman Rəşad Sadıxovun mobil telefonuna zəng ediblər, o, getmək istədiyini açıqlasa da, məşqdən çıxa bilmədiyini bildirib”. Bundan əlavə Rəşad futbolçu yoldaşları arasında vəhabilərlə bağlı təbliğatda günahlandırlır.

Mənbə onu də əlavə etdi ki, “Qarabağ”ın bu günkü üçüncü təsnifat mərhələsində Avstriyanın “Zalsburq” klubu ilə keçirəcəyi oyuna Rəşad Sadıqovun buraxılması sual altındadır.

Rəşad Sadıqovun mövqeyini dərc etməyə hazırıq.

L. S.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar