Uşaqlar məcburi tibbi müayinədən keçəcəklər – Dövlət Proqramı təsdiq edildi

Dərc olunub: 09/08/2018 - 19:40

Doctor_2511101533828800Prezident İlham Əliyev “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilsin.

Səhiyyə Nazirliyinə tapşırılır ki, sərəncamla təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin; Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.








loading...


Fikrinizi bildirin