Erməni milyarder həbsdə huşunu itirdi

Onu naşatır spirti ilə özünə gətiriblər

Dünyanın ən varlı erməni iş adamlarından biri, Rusiyada həbs edilmiş Levon Hayrapetyan Moskva təcridxanasında huşunu itirib.

ANS PRESS-in məlumatına görə, qardaşı oğlu Qurgen Hayrapetyan bildirib ki, onu naşatır spirti ilə özünə gətiriblər.

Azərbaycanın Dağlıq Qarabağ ərazisində anadan olmuş Levon Hayrapetyan iyulun 24-də tutulub. Ona israfçılıq, çirkli pulların yuyulması və "Başneft"in səhmlərinin mənimsənilməsi ilə bağlı ittiham təqdim edilib.

Levon Hayrapetyan Dağlıq Qarabağdakı oyuncaq rejimin əsas sponsorlarından biri kimi tanınır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar