İraq İranla ticarətdə dollardan imtina edir

İraq hökumətinin rəsmi nümayəndəsi Saad əl-Hədisi bildirib ki, ölkə Vaşinqtonun Tehrana qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən İranla hesablamalarda dollardan imtina etməyə hazırlaşır.

“Report” RİA "Novosti"yə istinadla xəbər verir ki, onun sözlərinə görə, sanksiyalar hər şeydən əvvəl pul köçürmələri və ABŞ dolları ilə aparılan bank əməliyyatlarına təsir göstərəcək.

"Tərəflər dollardan istifadə etməyəcək", - deyə Əl-Hədisi bildirib.

Bununla yanaşı, o əlavə edib ki, Amerika valyutasından imtina ikitərəfli ticarətin azalmasına səbəb olacaq.

"İstənilən halda hökumət bununla bağlı yaranan bütün problemləri həll etməyə çalışacaq, İraq bazarına təsirin tarazlaşdırılması, həmçinin İran vətəndaşlarının maraqlarına ziyan dəyməsinə yol verməmək üçün müvafiq mexanizmlərin axtarışı ilə məşğul olacaq", - deyə həmsöhbət söyləyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar