«Bu, İsrailin sifətinə endirilmiş bir şillədir» - İsrail səfirliyi

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İsrailin Boqotadakı səfirliyi Kolumbiya hakimiyyəti tərəfindən Fələstin dövlətinin tanıması barədəki qərarını İsrailin sifətinə vurulmuş şillə adlandırıb və bu qərarı dəyişməyə çağırıb.

Fələstinin Kolumbiya tərəfindən azad, suveren və müstəqil dövlət kimi tanınması barədə xəbəri Fələstin milli muxtariyyətinin (FMM) bu ölkədəki diplomatik missiyası yayıb.

İsrail diploimatları bəyan ediblər ki, «xeyli təəcübləniblər və məyus olublar» - həm qərarın özünə, həm də onun qəbulu formasına.

«Söhbət, sadiq müttəfiqin sifətinə vurulmuş şillədən gedir - bu, bizim ölkələrimiz və liderlərimiz arasındakı münasibətlərin səviyyəsilə zidiyyət təşkil edir» - deyə, səfirliyin «Tvitter»ində yazılıb.

Qeyd olunur ki, İsrail tərəf qərara yenidən baxmağı xahiş edir. Məlum olub ki, sözügedən qərar eks-prezident Xuan Manuel Karlosun hökuməti tərəfindən qəbul olunub.

Kolumbiyanın xarici işlər naziri Karlos Olmes Truxilo xəbər verib ki, prezident İvan Dukenin yeni hökuməti vəziyyəti analiz edəcək.

Hazırda dünyanın 140 ölkəsi Fələstin dövlətini tanıyıb.

Duke avqustun 7-də Kolumbiyanın prezidenti olub və bu postda Santosu əvəz edib. Santos isə 2010-cu ildən Kolumbiyaya başçılıq edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar