Serbiya Prezidenti albanları təcrid etməyə çağırıb - Kosovada

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Serbiyanın Prezidenti Aleksandr Vuçiç bəyan edib ki, tanınmamış Kosovanın ərazisində millətlərarası münaqişənin qarşısını almaq məqsədilə, serblərin və albanların yaşadığı əraziləri sərhədləmək qaçılmazdır.

«Mən, albanlarla sərhədlənməyi dəstəkləyirəm. Əgər bizim ərazimiz olsa və hələ məlum deyil ki, ona necə yanaşacaqlar və kimə məxsusdur - bu, həmişə potensial münaqişə və problem mənbəyidir» - deyə, Serbiyanın milli teleradio şirkəti (RTS) Prezidentin sözlərindən sitat gətirib.

Bununla bərabər, dövlət başçısı etirf edib ki, bu problemi albanların aktiv iştirakı olmadan həll etmək olmaz, ancaq hələlik xalq nümayəndələri ilə danışqların detalları barədə bir söz deməyib.

Kosova probleminin miqyaslı həlli barədə danışarkən, Vuçiç dəqiq işlənmiş və hərtərəfli planın qaçılmaz olduğunu qeyd edib.

«Bu, bəzilərinin təsəvvür etdiyi kimi, hərtərəfli və çoxsaylı aspektlərə aid olan, sadə plan olmalıdır» - deyə, Prezident əlavə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar