ABŞ kosmosda RƏM sismemi yerləşdirmək niyyətindədir – Yeni plan cızılır…

Dərc olunub: 10/08/2018 - 00:28

Untitled-32197«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) raket əleyhinə müdafiə (RƏM) Agentliyinin direktoru, general-leytenant Sem Qrivz bəyan edib ki, ABŞ hərbçiləri kosmosun fəth olunması istiqamətində ciddi planlar qururlar.

Hantsvilldə (Alabama ştatı) keçirilən kosmik müdafiə üzrə simpoziumdakı çıxışı zamanı o, danışıb ki, ABŞ hökuməti kosmik məkanda sensorlar və RƏM sisteminin digər elementlərini yerləşdirmək niyyətindədir.

«Açar amil ondan ibarətdir ki, kosmik məkanda sensorların yerləşdirilməsinə ciddi baxılır və bu məsələ lazımi dəstəyi alır» – deyə, «Defense News» Qrivzdən sitat gətirir.

Hərbçi qeyd edib ki, indi ABŞ hakimiyyəti qarşısında kosmik texnologiyaların inkişafı və satışının çoxsaylı tələblərini razılaşdırmaq məsələsi dayanır.


loading...




Fikrinizi bildirin