“Qazaxıstan və Belarus Ermənistanı Avrasiya Birliyində istəmir"

“Ermənistanın Avrasiya Birliyinə girişi ləngiyir. Rusiya tədricən anlayır ki, Ermənistanın Avrasiya İttifaqına üzvlüyünə ehtiyac yoxdur”. Modern.az saytı erməni mətbuatına istinadən xəbər verir ki, belə bəyanatla Ermənistan Sahibkarlar və İşəgötürənlər İttifaqının direktoru Qaqik Makaryan çıxış edib. Onun sözlərinə görə qurum daxilində Ermənistanın Avrasiya Birliyinə üzvlüyünə mane olmağa çalışırlar.

Qaqik Makaryan ittihamları əsasən, Belarus və Qazaxıstanın üzərinə yönəldib. “Belarus və Qazaxıstan başqa olmaqla, ittifaq üzvləri anlayır ki, Ermənistan bura üzv olarsa, qurum daxilində səslərin bölgüsü dəyişəcək Qazaxıstan və Belarus başa düşür ki, Ermənistan Avrasiya Birliyinə üzv olarsa, Rusiyanı dəstəkləyəcək”.

Qeyd edək ki, bu ilin may ayının 29-da Astanada Rusiya, Qazaxıstan və Belarus prezidentləri Avrasiya İqtisadi İttifaqının yaradılması haqqında sənədə imza atıblar. Birliyin təsis iclasında iştirak edən Ermənistan prezidenti Serj Sərkisyan isə məyus olub. Belə ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev Ermənistanın quruma girişi üçün Azərbaycan dövlət başçısı İlham Əliyevin şərtini xatırladıb. Azərbaycan prezidenti tədbirə yazdığı məktubda Ermənistanı BMT-nin tanıdığı sərhədlər çərçivəsində Avrasiya İttifaqına üzv ola biləcəyi şərtini irəli sürüb. Məktub oxunan zaman isə Ermənistan prezidenti Serj Sərkisyan və xarici işlər naziri Edvard Nalbandyan susqunluq nümayiş etdirib və buna heç bir cavab verə bilməyiblər.

Ermənistanın bəzi siyasi dairələri və mətbuatı bu susqunluğu Ermənistan diplomatiyası üçün biabırçılıq hesab edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar