“DOLLAR 70 RUBLU KEÇƏCƏK” - ABŞ sanksiyaları Rusiyanın maliyyə bazarını silkələyir

Avqustun 9-da Moskva birjasında keçirilən hərracların nəticələrinə görə, 1 ABŞ dolları 66.5 rubl həddinə kimi dəyər qazanıb və ehtimal olunur ki, tezliklə 67 rubla qədər bahalaşacaq. “AzPolitika” Rusiya mətbuatına istinadla bildirir ki, Rusiya rublu həmçinin avroya nisbətdə də xeyli ucuzlaşıb və 1 avro 77.2 rubla bərabər tutulub.

RBK-ya açıqlama verən rusiyalı maliyyəçi Denis Porıvay bildirib ki, maliyyə bazarındakı fundamental faktorlar onsuz da rublun lehinə deyildi. ABŞ–ın yeni sanksiyaları gündəmə gətirməsi isə rusların milli valyutasını daha da çətin duruma salmaqdadır: “Əgər doğrudan da Rusiya bankları yeni sanksiyaların təsiri altına düşəcəksə, 1 dollar 70 rubl həddini xeyli keçəcək. Əgər yox, sanksiyalar banklara aid edilməsə, dollar 67 rubl civarında dəyərə malik olacaq.”

Xatırladaq ki, yeni sanksiyaların birinci mərhələsinə avqustun 22-də start veriləcək. Bundan sonrakı 3 ay ərzində Rusiya ABŞ-ın “Sergey Skripalın işi” ilə bağlı tələblərini yerinə yetirməsə, sanksiyaların 2-ci hissəsi işə salınacaq ki, bu hissə də Rusiya iqtisadiyyatına və xüsusilə maliyyə bazarına olduqca ciddi zərbə vuracaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar