Ermənistanda da qarpız bahalaşıb – Səbəbi həşəratlardır

Bu yay Ermənistanda kənd təsərrüfatı məhsullarının görünməmiş bahalığı müşahidə edilir. Ermənistan mətbuatı yazır ki, indiyə qədər hər il yay fəslində bu məhsulların ucuzlaşması müşahidə edilirdisə, hazırda bunun əksi baş verir.

Bahalaşmanın əsas səbəbi kimi əkin sahələrinin həşəratların, xüsusilə də güvənin qurbanı olmasıdır. Bildirilir ki, 2017-ci ilin analoji dövrü ilə müqayisədə qiymətlər 100-150 faiz bahalaşıb.

Kartof, pomidor, badımcan kimi məhsullar təqribən 2 dəfə bahalaşdığı halda, qarpızın qiyməti 5 dəfəyədək artıb. Belə ki, ötən il kilosu 50 drama olan qarpız, hazırda 250 drama, yəni təqribən 0.52 dollara satılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar