BAKIDA RESTORANDA GÜLLƏLƏNMƏ - Ölən və yaralanan var + VİDEO

Bakının Sabunçu rayonunda silahlı insident baş verib.

Ramana qəsəbəsindəki Şuşa şəhərciyi ərazisində yerləşən “Naxçıvan” restoranında avtomat silahdan açılan atəş nəticəsində, 1 nəfər ölüb, 1 nəfər də yaralanıb.

Ölən şəxsin Çingiz, hadisəni törədənin isə Hikmət adlı şəxs olduğu bildirilir. Yaralanan şəxs 1984-cü il təvəllüdlü Kərimov Elxan Nazim oğludur. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Polis tərəfindən aparılan əməliyyat nəticəsində 1 nəfər saxlanılıb.

Hadisə yerinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları və Daxili Qoşunların xüsusi təyinatlıları cəlb olunub. Ərazidə polis postu qurulub, giriş-çıxış zamanı axtarış aparılır.

Cinayəti törədən şəxsin axtarışları davam etdirilir. /"Report"

[gallery columns="4" size="full" ids="442371,442372,442373,442374,442375,442376,442377,442378"]

635x100

Şərhlər

EWDER 2018-08-10 10:13:17

BIZI DAYANIQLI YA DA KI,...INKIWAF GOZLEYIR.YAXWI NAQILDI

Ariz 2018-08-10 10:13:17

GÖRƏSƏN KİMLƏR KİMLƏRİ GÜLLƏLƏYİB VƏ NİYƏ?

vətəndaş 2018-08-10 10:13:17

Əhali yaşamaq uğrunda mübarizə aparır. HARINLAR isə bir birini güllələyir. Ölkə kriminal məkana dönüb.

Kəmalə 2018-08-10 10:13:17

Ölkədə kriminal hadisələr tüqyan edir.Cinayət hadisələri ilə mubarizə nəzarətdən cixib.Çunki ədliyyə isçiləri,polislər qanunun kesiyində deyil,qanunu zorlamaqla məsquldurlar.İnsanları sərləməklə məsquldurlar.Odur ki,hələ bundan sonra bizi nələr gozləyir onu Allah bilir.

Son yazılar