Qanunsuz tikintilərə qarşı birgə mübarizə aparılacaq - Memorandumu imzalandı

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

İmzalanma mərasimində çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev deyib ki, son illər ərzində respublikanın bütün regionlarında, xüsusilə Bakıda həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, tikinti və quruculuq işləri nəticəsində şəhərlər günü-gündən abadlaşır.

O qeyd edib ki, şəhərlərin inkişafı, müasir tələblərə cavab verən infrastrukturun yaradılması, vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində son illər ərzində uğurla reallaşdırılmış çoxsaylı layihələrlə yanaşı, bəzi hallarda bu sahədə bir sıra nöqsanlara və qanun pozuntularına da yol verilib, şəhərsalma, tikinti norma və standartlar gözlənilməyib.

İki qurum arasında imzalanan Əməkdaşlıq Memorandumunun əhəmiyyətinə toxunan S.Nuriyev təşkil olunacaq sıx əməkdaşlıq nəticəsində şəhərsalma nəzarəti və qanunsuz tikintilərlə mübarizə sahəsində Prezident İlham Əliyev tərəfindən verilən tapşırıqların icrasına ciddi töhfə verəcəyini vurğulayıb. O qeyd edib ki, bu əməkdaşlıq çərçivəsində təşkil olunacaq birgə fəaliyyət ölkə ərazisində şəhərsalma, tikinti və memarlıq sahələrində müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsinə, habelə bu istiqamətdə bəzi vəzifəli, hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliyin tələblərinin pozulmasının qarşısının alınmasına yönələcək.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi

Kamran Əliyev çıxışında dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkədə

reallaşdırılan iqtisadi və institusional islahatların şəffaflığın və hesabatlılığın təmin edilməsi, korrupsiya hallarının qarşısının alınmasında əhəmiyyətini qeyd edərək, korrupsiyaya qarşı mübarizədə qurumlararası əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

O qeyd edib ki, hazırki sənədin imzalanması həm tərəflər arasında

korrupsiyaya qarşı birgə mübarizənin aparılması, həm də digər fəaliyyət istiqamətləri üzrə mühüm rola malikdir.

K.Əliyev tikinti və şəhərsalma sahəsində qanunçuluğun təmin edilməsi, dövlət və cəmiyyətin maraqlarının qorunmasının prioritet məsələ olduğunu vurğulayaraq, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bu sahədə aparılan araşdırmalar, yol verilən korrupsiya hüquqpozmaları, onların qarşısının alınması istiqamətində görülən işlər və qarşıda duran vəzifələrlə bağlı geniş təqdimatla çıxış edib.

Daha sonra Əməkdaşlıq Memorandumu imzalanıb.

635x100

Şərhlər

ƏBİL 2018-08-10 10:48:25

PREZİDENT DEYİB TİKİLMİŞ EVLƏRƏ ÇIXARIŞ VERİN.DAHA QANUNSUZ EVLIRİN TİKİNTİSİNƏ YOL VERMƏYİN..NƏDƏNSƏ BİRİNCİ ƏMR BUNLARA SƏRF ETMƏDİYİNDƏN İKİNCİYƏ BAŞLAYIBLAR..

Son yazılar