Cəmil Həsənlinin Seçki Qərargahı MSK-ya şikayət təqdim etdi

Oktyabrın 12-də Cəmil Həsənlinin seçki qərargahı Mərkəzi Seçki Qərargahına şikayət təqdim edib. Demokratik Qüvvələrin Milli Şurası seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürülmüş qeydə alınmış prezidentliyə namizəd Həsənli Cəmil Poladxan oğlunun səlahiyyətli nümayəndəsi Gülağa Qulam oğlu Aslanlı tərəfindən təqdim olunana şikayətdə deyilir: “Sizə müraciət edərək bildirirəm ki, 9 oktyabr 2013-cü ildə keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində səsvermə, səslərin sayılması və seçkilərin nəticələrinin rəsmiləşdirilməsi proseslərində Seçki Məcəlləsinin seçkilərin nəticələrinə ciddi təsir göstərən qanun pozuntuları baş vermişdir.

Bu qanun pozuntuları Seçki Məcəlləsinin 11-1.-ci, 40-cı, 104.11.-ci, 104.11-ci, 104.13-cü, 104.14-cü 106-cı və 107-ci və digər müvafiq maddələrinin tələblərinin kobud pozulması halları ilə bağlı olmuş, müşahidə aparılan seçki dairələrinin və seçki mıəntəqələrinin 90 faizindən çoxunda aşkar olunan pozuntular xaraktercə seçki komissiyalarının işinə yerli hakimiyyət orqanları tərəfindən müdaxilə etmə və ya təsir göstərmə, seçki sənədlərinin saxtalaşdırılması və ya saxta sənədlərin təqdim edilməsi, bilə-bilə səslərin düzgün hesablanmaması, səsvermənin nəticələrinin düzgün müəyyənləşdirilməməsi və ya səsvermənin gizliliyinin pozulması, başqa şəxslərin yerinə səs verilməsi, bir şəxs tərəfindən seçki qutusuna birdən artıq seçki bülleteninin salınması, seçkinin nəticələrinə təsir məqsədi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi, müşahidəçilərin, namizədin səlahiyyətli nümayəndələrinin, vəkil edilmiş şəxslərin və məşvərətçi səs hüquqlu komissiya üzvlərinin hüquqlarının pozulmasından və s.-dən ibarət olmuşdur. Həmin qanun pozuntuları müşahidəçilər, vəkil edilmiş şəxslər, səlahiyyətli nümayəndələr və məşvərətçi səs hüquqlu komissiya üzvləri tərəfindən aktlaşdırılmışdır.

Musavat.com-un məlumatına görə, qanun pozuntularının aklaşdırıldığı seçki məntəqələri müvafiq seçki dairələri üzrə aşağıdakı kimi olmuşdur:

1. 8 saylı Binəqədi birinci seçki dairəsinin 1, 6, 14, 17, 18, 22, 26, 27, 29, 33 saylı seçki məntəqəsində;

2. 10 saylı Binəqədi üçüncü seçki dairəsinin 2, 9, 21 saylı seçki məntəqələrində;

3. 11 saylı Qaradağ seçki dairəsinin 1, 11, 13, 14, 15, 17, 18, 19, 20, 21, 22, 24 saylı seçki məntəqələrində;

4. 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin 5, 9 saylı seçki məntəqələrində;

5. 13 saylı Xəzər-Pirallahı seçki dairəsinin 1, 3, 4, 9, 13, 14, 15, 16, 17, 18, 23 saylı seçki məntəqələrində;

6. 14 saylı Xəzər seçki dairəsinin 1, 2, 4, 9, 17 saylı seçki məntəqələrində;

7. 15 saylı Yasamal birinci seçki dairəsinin 1, 2, 3, 4, 7, 9, 16, 18 saylı seçki məntəqələrində;

8. 16 saylı Yasamal ikinci seçki dairəsinin 10 saylı seçki məntəqəsində;

9. 17 saylı Yasamal üçüncü seçki dairəsinin 3, 6, 14, 20, 21, 27, 29 saylı seçki məntəqələrində;

10. 19 saylı Nərimanov birinci seçki dairəsinin 1, 3, 4, 5, 7, 9, 23, 31, 32 saylı seçki məntəqələrində;

11. 20 saylı Nərimanov ikinci seçki dairəsinin 4, 6, 7, 17, 22, 26, 32 saylı seçki məntəqələrində;

12. 21 saylı Nəsimi birinci seçki dairəsinin 1, 6, 12 saylı seçki məntəqələrində;

13. 22 saylı Nəsimi ikinci seçki dairəsinin 1, 2, 3, 4, 5, 6, 7, 11, 12, 13, 15, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28 saylı seçki məntəqələrində;

14. 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 saylı seçki məntəqəsindən;

15. 24 saylı Nizami birinci seçki dairəsinin 1, 2, 3, 6, 4, 13, 11, 17, 23, 27 saylı seçki məntəqələrində;

16. 25 saylı Nizami ikinci seçki dairəsinin 2, 3, 5, 11, 14, 15, 16, 24, 25, 26, 32 saylı seçki məntəqələrində;

17. 26 saylı Sabunçu birinci seçki dairəsinin 1, 2, 3, 6, 9, 10, 11, 23 saylı seçki məntəqələrində;

18. 27 saylı Sabunçu ikinci seçki dairəsinin 29 saylı seçki məntəqəsində;

19. 29 saylı Səbail seçki dairəsinin 2, 3, 4, 5, 6, 7, 8, 9, 11, 12, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 29 saylı seçki məntəqələrində;

20. 30 saylı Suraxanl birinci seçki dairəsinin 1, 2, 5, 8, 10, 11, 18, 19 saylı seçki məntəqələrində;

21. 31 saylı Suraxanı ikinci seçki dairəsinin 4, 5, 7, 8, 9, 10, 11, 15, 17, 18, 20, 21, 22, 23, 24, 25, 26, 28, 31, saylı seçki məntəqələrində;

22. 32 saylı Suraxanı üçüncü seçki dairəsinin 1, 6, 8, 10, 12, 15, 16, 18, 19, 21, 22, 23, 24, 25, 27 saylı seçki məntəqələrində;

23. 33 saylı Xətai birinci seçki dairəsinin 7, 8, 12, 13, 14, 17, 20, 23, 24, 26, 29, 35, saylı seçki məntəqələrində;

24. 34 saylı Xətai ikinci seçki dairəsinin 1, 3, 4, 5, 7, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 25, 27, 29, 30, 34 saylı seçki məntəqələrində;

25. 35 saylı Xətai üçüncü seçki dairəsinin 5, 8, 13, 19, 20, 21, 22, 25 saylı seçki məntəqələrində;

26. 36 saylı Xətai dördüncü seçki dairəsinin 1, 11, 12, 17, 18, 19, 20, 21, 24, 22, 23, 27 saylı seçki məntəqələrində;

27. 37 saylı Nizami ikinci (Gəncə) seçki dairəsinin 7, 10, 11, 12, 22 saylı seçki məntəqələrində;

28. 38 saylı Nizami birinci (Gəncə) seçki dairəsinin 3, 4, 5, 8, 9, 14, 21, 22, 23 saylı seçki məntəqələrində;

29. 41 saylı Sumqayıt birinci seçki dairəsinin 3, 5, 7, 8, 11, 12, 13, 15, 16, 20, 27, 29, 30, 35, 38 saylı seçki məntəqələrində;

30. 42 saylı Sumqayıt ikinci seçki dairəsinin 11, 13, 15, 20, 28 saylı seçki məntəqələrində;

31. 43 saylı Sumqayıt üçüncü seçki dairəsinin 4, 8, 9, 10, 11, 13, 15, 16, 18, 19, 20, 22, 29, 32, 33 saylı seçki məntəqələrində;

32. 44 saylı Sumqayıt-Abşeron seçki dairəsinin 1, 4, 11 saylı seçki məntəqələrində;

33. 45 saylı Abşeron seçki dairəsinin 3, 4, 5, 6, 7, 10, 12, 17 saylı seçki məntəqələrində;

34. 47 saylı Mingəçevir seçki dairəsinin 1, 2, 3, 4, 5, 6, 7, 8, 11, 12, 13, 14, 16, 17, 18, 19, 20, 21, 23, 24, 25, 27, 28, 30 saylı seçki məntəqələrində;

35. 49 saylı Yevlax-Mingəçevir seçki dairəsinin saylı 27, 28, 29, 30, 31, 32, 34, 35, 36 seçki məntəqələrində;

36. 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsinin 1, 4, 16, 19 saylı seçki məntəqələrində;

37. 54 saylı Şabran-Siyəzən seçki dairəsinin 1, 3, 4, 5, 7, 8, 9, 15, 17, 21, 31, 38, 45, 50, 67, 59, 61 saylı seçki məntəqələrində;

38. 57 saylı Kürdəmir seçki dairəsinin 2, 3, 22, 25 saylı seçki məntəqələrində;

39. 62 saylı Saatlı seçki dairəsinin 1, 2, 4, 5, 7, 8, 27, 28, 29, 30, 6 saylı seçki məntəqələrində;

40. 63 saylı Sabirabad birinci seçki dairəsinin 1, 5, 6, 7, 8, 11, 12, 17, 18, 19, 26, 27, 29, 30, 31, 32, 33, saylı seçki məntəqələrində;

41. 64 saylı Sabirabad ikinci seçki dairəsinin 11, 18, 26, 31, 37, 38, saylı seçki məntəqələrində;

42. 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsinin 5, 11, 12, 15, 19, 21, 22, 23 saylı seçki məntəqələrində;

43. 66 saylı Biləsuvar seçki dairəsinin 2, 4, 5, 6, 7, 8, 9, 10, 16, 18, 19, 21, 30, 33, 38, 41 saylı seçki məntəqələrində;

44. 67 saylı Cəlilabad şəhər seçki dairəsinin 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 20, 30 saylı seçki məntəqələrində;

45. 68 saylı Cəlilabad kənd seçki dairəsinin 1, 2, 3, 7, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 23, 26, 27, 28, 30, 33 saylı seçki məntəqələrində;

46. 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsinin 30 saylı seçki məntəqəsində;

47. 71 saylı Masallı kənd seçki dairəsinin 1, 12, 13, 17, 18, 19, 20, 32, 33, saylı seçki məntəqələrində;

48. 73 saylı Lənkəran şəhər seçki dairəsnin 23, 28 saylı seçki məntəqələrində;

49. 75 saylı Lənkəran-Masallı seçki dairəsinin 2, 3, 9, 25 saylı seçki məntəqələrində;

50. 77 saylı Astara seçki dairəsinin 1, 2, 3, 4, 8, 22, 23, 30, saylı seçki məntəqələrində;

51. 83 saylı Füzuli-Ağcabədi seçki dairəsinin 35, 38, 66, 67 saylı seçki məntəqələrində;

52. 85 saylı Şamaxı seçki dairəsinin 1, 2, 3, 6, 7, 9, 25, 30 saylı seçki məntəqələrində;

53. 86 saylı İsmayıllı seçki dairəsinin 1, 3, 5, 8, 30, 31, 33, 34, 38, 45, 48, 60, saylı seçki məntəqəsində;

54. 88 saylı Göyçay seçki dairəsinin 34 saylı seçki məntəqəsində;

55. 89 saylı Göyçay-Ağdaş seçki dairəsinin 1, 2, 4, 6, 11, 12, 14, 23, 24, 25 saylı seçki məntəqələrində;

56. 90 saylı Ağdaş seçki dairəsinin 6, 7, 8, 9, 11, 27, 30, 32, 33, 36 saylı seçki məntəqələrində;

57. 91 saylı Ucar seçki dairəsinin 1 saylı seçki məntəqəsində;

58. 92 saylı Zərdab-Ucar seçki dairəsinin 1 saylı seçki məntəqəsində;

59. 95 saylı Tərtər seçki dairəsinin 1, 3, 4, 7, 8, 11, 13, 24, 25, 26, 31, 32, 36 saylı seçki məntəqələrində;

60. 96 saylı Goranboy-Naftalan seçki dairəsinin 1, 2, 3, 4, 10, 11, 12, 13, 14, 15, 17, 24, 38 saylı seçki məntəqələrində;

61. 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsinin 1, 17, 18, 26 saylı seçki məntəqələrində;

62. 101 saylı Göygöl-Daşkəsən seçki dairəsinin 1, 2, 3, 9, 10 saylı seçki məntəqələrində;

63. 108 saylı Ağstafa seçki dairəsinin 1, 3, 4, 6, 7, 8, 9, 10, 11, 13, 16, 17, 19, 20, 31, 32, 34, 35, 38 saylı seçki məntəqələrində;

64. 110 saylı Zaqatala seçki dairəsinin 1, 3, 15, 13, 18, 39 saylı seçki məntəqələrində;

65. 111 saylı Zaqatala-Balakən seçki dairəsinin 4, 6, 12 saylı seçki məntəqələrində;

66. 116 saylı Qəbələ seçki dairəsinin 27, 48 saylı seçki məntəqələrində;

67. 117 saylı Oğuz-Qəbələ seçki dairəsinin 5, 22, 24, 30, 31, 32, 35, 45 saylı seçki məntəqələrində;

68. 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin 1, 2, 3, 4, 5, 10, 11, 12, 13, 14, 15, 20, 30, 31, 47, 46, 48, 49, 50, 52 saylı seçki məntəqələrində;

69. 121 saylı Laçın seçki dairəsinin 17 saylı seçki məntəqəsində;

70. 122 saylı Xankəndi seçki dairəsinin 4 saylı seçki məntəqəsində;

Qeyd edək ki, bu cür qanun pozuntuları digər seçki dairələrinin seçki məntəqələrində də baş vermişdir (həmin məntəqələr üzrə aktlar və digər sübutlar şikayətin araşdırılması zamanı təqdim olunacaq).

Seçki Məcəlləsinin 26.3.1.-ci maddəsinə görə Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin bu Məcəlləyə uyğun keçirilməsinə nəzarət edir. Həmin Məcəllənin 114.4.-cü maddəsinə görə Mərkəzi Seçki Komissiyası məntəqə və dairə seçki komissiyalarının səsvermənin nəticələri və ya seçkilərin yekunları haqqında qərarlarını bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda ləğv edə bilər.

Yuxarıdakıları nəzərə alaraq Seçki Məcəlləsinin 112-ci maddəsini əsas tutaraq xahiş edirəm:

1. 9 oktyabr 2013-cü ildə keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində qanun pozuntularına yol verilmiş seçki dairələrinin seçki məntəqələrində seçkilərin nəticələrini ləğv edəsiniz.

2. Baş vermiş qanun pozuntularında cinayət xarakterli əməllər olduğundan müvafiq tədbir görülməsi üçün prokurorluğa müraciət edəsiniz”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar