TİKİNTİDƏ RÜŞVƏTİN ÇOX OLDUĞU RAYONLAR - Antikorrupsiya idarəsi siyahı açıqladı

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev rəhbərlik etdiyi qurumla Şəhərsalma və Arxitektura Komitəsi arasında Əməkdaşlıq Memorandumunun imzalanma mərasimində 6 il (2012-2018) ərzində qanunsuz tikililərlə bağlı statistikanı açıqlayıb.

K.Əliyev bildirib ki, 6 il ərzində bu sahə ilə bağlı məhkəməyə göndərilən cinayət işlərinin sayı 61, təqsirləndirilən şəxslərin sayı isə 89 nəfər olub.

O qeyd edib ki, bu işlər üzrə zərərçəkmiş şəxslərin sayı 4072 nəfər, dəymiş ziyanın cəmi məbləği isə 111 625 710 manat olub: “Bu məbləğdən 48 milyon 820 min 28 manat ödənilib, 29 milyon 691 min 397 manatlıq əmlak üzərinə həbs qoyulub”.

K.Əliyev bildirib ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin icraatında istintaq edilən cinayət işlərinin sayı 16, təqsirləndirilən şəxslərin sayı 20, zərərçəkmiş şəxslərin sayı isə 812-dir: “Bu şəxslərə dəymiş ziyanın məbləği 40 milyon 399 min 365 manat, ödənilən ziyanın cəmi məbləği 30 milyon 60 min 824 manat, üzərinə həbs qoyulan əmlakın dəyəri isə 6 milyon 12 min 367 manatdır".

İdarə rəisi tikinti sahəsi ilə bağlı ən çox qanun pozuntusuna yol verən rayon adlarını da açıqlayıb. O deyib ki, cinayət işləri ən çox Xətai və Yasamal rayonları ilə bağlıdır.

635x100

Şərhlər

Şəkili 2018-08-10 11:12:32

Hörmətli Kamran müəllim,Sizə də məlumat verilmişdir ki, "Şəki-Bazar"ASC-də korrupsiya tüğyan edir, aidiyyatı qurumlar bu qanunsuzluqlara göz yumurlar,səbəbi bizə məlum deyil? İldə ən azı 500,0 min manat vergidən yayınır və bu səbəbli Səhmdarlar uzun illərdir ki,dividentsiz qalıblar.."Molla"nı Direktor vəzifəsinə,"Dəmirçi"ni isə Baş mühasib vəzifəsinə təyin etməklə qanunsuz əməllərin bünövrəsini qoyublar. Rövşən adlı şəxsi Direktor müavini vəzifəsinə təyin ediblər,yüksək ə/haq.aıır,işə gəlməyir,qan.pul.apar

Ruslan Rəhimzadə 2018-08-10 11:12:32

Kosmosçu, çoxsaуlı уerliləri gormür və isтər ki, onlar "onunku"ları da olsa gorsünlər?! Müsтəqil hüquqi dovləтimizdə erməni qardaşa qurban Qarabagdan тuтmuş elə "BİRсə SOТ" sahə olub ki, həqiqəтən sənəddəki qiуməтə saтılsın? Elə nazirlik, тəşkilaт varmı ki, onun oz savadlı, тəcrübəli üzvü rəhbər тəуin edilsin? Bu korrupsianın sadəcə üsтdən əkini də уox, geniş səpgisi deуilmi? Alт bələdiууədən üsт Zirvəуə qədər!

redaktor 2018-08-10 11:12:32

Korupsiyaya qarsi mubarizə idarəsi və ya prezident aparatina gələn sikayətlərin bir coxu deyildiyi kimi Xətai rayonunda aparilan qanunsuz tikintilərlə baxlidir. Amma nə olsun ki sikayətlərə qanun cərcivəsində baxilmir. bu da qanunlara prokuror nəzarətini nə səviyədə olduxuna misaldir. hətta adi cəkilən rayonda axaclarin kəsildiyi, bax baxcalarin qirildixi ərazilər belə tikinti meydanina cəvrilib. Nə olsun ki basci bildiyini babasina vermir ki vermir...

Vətəndaş 2018-08-10 11:12:32

Əcaib izahlar verilir.Balam 16-18 mərtəbəli bina necə qanunsuz tikinti olur?Əgər varsa,o zaman onun tikintisinə sərəncam verən,toppaq sahəsi ayıran,torpaq sahəsindəki ağacları kəsən.sahədə hay-küylə fundament qazan niyə kənarda saxlanılır? Axı o bayda tikintini qanunsuz tikən və onları bilib,görüb susan məmurlar heç də o şəxslərdən az günaghkar deyillər.Bəs niyə onlar kənarda saxlanılır? Nəzarət orqanları dürüst işləsələr və kasıblara olan nəzaerət kimi nəzarət hamıya edilsə belə halla llmaz.Bəs niyə belədi

patriot 2018-08-10 11:12:32

Azərbaycanda rüvşət olmayib olmayacaqda

SUAL 2018-08-10 11:12:32

BAKİ SƏHƏRİNİN ƏN COX RUSVƏT ƏSASİNDA QANUNSUZ TİKİNTİ APARİLAN ƏRAZİLƏRİNDƏN BİRİNCİSİ XƏTAİ RAYONUDUR DESƏM COX GUMAN Kİ MƏNİ QİNAMAZLAR?

Şahbazi 100 sakini 2018-08-10 11:12:32

Həmişə xalqdan haram yolla topladıqları haram pullar içində şellənib üzən “Azərişıq” ASC gizlincə Şahbazi küçəsində yaşayan camaatın sayğacına müdaxilə edib sayğacda rəqəmləri daha doğrusu işıq pullarını ikiqat artırıb mənimsəyib ələ keçiriblər. Allahg lənət etsin, onsuz da güclə yaşayırıq, siz də bir tərəfdən, məönimsədiyioniz pullar özünüzün və yaxınlarınızıln ehsanlarınıza tökülsün.

mamed 2018-08-10 11:12:32

tikinti ozbasinalixina misal abseron rayon sabiq ihb zakir ferecevu gosdermek lazimdi/ rayon sakini cavadov rasim cavad oxluna mexsus istiqlaliyet kucesindeki mulkiyyet huquqlu qeyri yasayis obyektini rayon ihb qanunsuz daxitdirib hundurmertebeli bina tiken vites ekspress sirketine satmasi buna misaldir/ umumiyetle zakir ferecov abseronada bir sira muliyetcilerin qanunla qorunan huquqlarrinui pozub/ onun baresinde sikayeler respublika prokurorluxunda baxilib huquqi qiymetini almasa demeli azerbaycanda qanun

Son yazılar