“Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsi başa çatıb.

Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində keçirilən bağlanış mərasimində müsabiqədə iştirak etmiş ölkələrin hərbi dənizçilərinə mükafatlar verilib.

“Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsinin qalibi Rusiya hərbçiləri olub. İkinci yeri Qazaxıstan, üçüncü yerləri isə Azərbaycan və İran hərbçiləri tutublar.

Tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov, Hərbi Dəniz Qüvvələrinin komandanı, birinci dərəcəli kapitan Zaur Hümmətov və digər xarici qonaqlar iştirak edib. /Report

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar