Bakıda tramvayların hərəkəti bərpa edilə bilər

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev Bakıda tramvayların fəaliyyətinin bərpa olunması məsələsinə aydınlıq gətirib.

Trend-in məlumatına görə, S.Nuriyev bildirib ki, Bakı şəhərinin Baş Planı çərçivəsində Bakıda tramvayların bərpası ilə bağlı aidiyyəti dövlət qurumları ilə müzakirələr aparılacaq:

“İndiki mərhələdə bu barədə dəqiq fikir söyləmək tezdir”.

Komitə sədri bildirib ki, Bakıdakı mövcud vəziyyət və dünya təcrübəsi araşdırılaraq uyğun qərar veriləcək.

635x100

Şərhlər

Mühəndis B. 2018-08-10 11:36:54

Horməтli S.Nuriуevdən üzr isəirəm. Bəzi laуihələr тexniki-iqтisadi əsaslı inkişafın kosmopoliтizmə qurban verilməsi kimi gorünür.

Son yazılar