İLQAR MƏMMƏDOV AZADLIQDA! - Məhkəmə gözlənilən qərarı açıqladı + FOTO

Şəki Apellyasiya Məhkəməsində REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmədə qərar elan olunub. 

"AzPolitika.info"nun məlumatına görə, hakim Gündüz Abbasovun sədrliyi ilə keçirilən prosesdə İlqar Məmmədovun azadlığa buraxılması haqda qərar verilib!

Xatırladaq ki, İ.Məmmədov İsmayıllı hadisələri bağlı həbs olunmuşdu. 

İlqar Məmmədov 2009-cu ildən Respublikaçı Alternativ hərəkatının sədridir. O, 1988-1989-cu illərdə Sovet ordusunda xidmət etdikdən sonra, Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsini və Budapeştdə Mərkəzi Avropa Universitetinin siyasi elmlər fakültəsini bitirib. 1994-2000 - Bakı Dövlət Universitetində elmi işçi vəzifəsində çalışarkən Azərbaycanda ilk dəfə parlament səsvermələrin riyazi təhlil metodikasını təklif və tətbiq edib.

İ.Məmmədov 2013-cü il fevralın 4-də İsmayıllı hadisələri ilə bağlı istintaqa çağırılmış və barəsində həbs-qətimkan tədbiri seçilib. Daha sonra Məhkəmə Cinayət məcəlləsinin 221 və 315.2 maddələri ilə ittiham edilərək 2014-cü ilin martın 17-də 7 il azadlıqdan məhrum edilmə ilə bağlı qərar verilib.

8a34153d-5973-4302-a771-b5821998b1bc.jpg (57 KB)

 

635x100

Şərhlər

---- 2018-08-13 12:10:13

Tanımıram. Amma xalqın Elmar Vəliyevlərə, talancı məmurlara olan qəzəbinə, tənqidinə fikir verilməyəndə, bizlərə acıq verəndə İlqar Məmmədovlara eshq olsun.

vetendash 2018-08-13 12:10:13

Eynulla Fatullayev 13 avqust 2018, 21:07 - de oz saytinda haqqin.az, edaletsiz tenqid ile, bash meqale derc edib Ilqar Mamedova qarshi : " Ильгара Мамедова снова посадят за пивной путч". Eynulla Fatullayev, sen, novbeti defe, EDALET sozunun menasini derk etmeyen bir kimse olduqunu subut etdin.......

patriot 2018-08-13 12:10:13

Yaxşi olar inşALLAh əğər onuda ilqar bəyi pullnan almayiblarsa yaxşi olar

o.b.n 2018-08-13 12:10:13

Həmişə AZADLIQ da İlqar bəy.

EWDER 2018-08-13 12:10:13

UQURLAR

Akif 2018-08-13 12:10:13

İk növbədə REAL partiyasının üzvlərini və təəssübkeşlərini təbrik edirəm!İlqar byəin həbsi və qanunsuz olduğu çoxdan sübuta yetmişdi.Amma,siaysi hakimiyyət müxtəlif gülünc bəhanələrlə onu 5 il 7 ay həbsdə saxladı.Korrupsioner hakimiyyət AİHM-nin və AŞPAnın Nazirlər Kabinetinin qərarlaını məcbur olub icra etdi və digər siyasi və vicdan məhbuslarının işləri kimi özünü tamamilə biabır etdi.Qələbə münasibətilə mətin İlqar Məmmədovu təbrik edirəm

Bakili Balasi 2018-08-13 12:10:13

axir vaxtlarin en xosh xeberi . azadligi ebedi olsun

Səməd 2018-08-13 12:10:13

Hörmətli İlqar müəllimə bir daha ailəsindən ayrı düşməməsini arzulayıram. Azərbaycan türkçəsində olan ən gözəl sözlərə layiq İNSAN! Bu millətin Sizin kimi insanlara ehtiyacı var, hörmətli İlqar müəllim!

t.ədalət 2018-08-13 12:10:13

Allah qapısını açsın.Amma realçı İlqar işğalçı erməniyə münasibətdə loyaldır,işğal olunan ərazilərimiz haqqında bizimlə bir cərgədə dayanmır. Xaricilərin ona olan marağı bundan qaynaqlanır.

Son yazılar