Rusiyada dolların məzənnəsi 2 illik rekordu yeniləyib

Rusiyada ABŞ dollarının məzənnəsi 2016-cı il avqustun 3-dən bəri ilk dəfə 67 rublu keçib.

“Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumata görə, Moskva Banklararası Valyuta Birjasında Amerika valyutasının qiyməti gün ərzində 0,44 rubl və yaxud 0,66% artaraq 67,09 rubla çatıb.

Əvəzində qonşu ölkədə avro ucuzlaşıb. Belə ki, Avropanın vahid valyutasının məzənnəsi 0,2 rubl və yaxud 0,26% azalaraq 76,74 rubla düşüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar