"Onların dolları varsa, bizim də Allahımız var" - Ərdoğan

"Türkiyəyə maliyyə sisteminin sabitliyinin pozulması yolu ilə iqtisadi təzyiqlər göstərilməsi cəhdləri perspektivsizdir".

“Anadolu” agentliyinin məlumatına görə, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rize şəhərində çıxışı zamanı deyib.

“Türkiyəyə qarşı müxtəlif kampaniyalar aparılır, onlara fikir verməyin. Onların dolları varsa, bizim də Allahımız var”, – türk lider bildirib.

Xatırladaq ki, ABŞ və Türkiyə arasında terrorçuluqda ittiham olunaraq Ankarada saxlanılan amerikalı keşiş Endryu Bransonun azad edilməməsi səbəbindən yaranan gərginliyə görə türk lirəsinin məzənnəsi kəskin şəkildə ucuzlaşıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar