İŞIQ BÖHRANINDAN SONRA İŞIQPULU BÖHRANI - "Sayğaclara uzaqdan müdaxilə edilə bilər"

"Xüsusi Dövlət Mühafizə Xidmətinin araşdırması doğru olardı"

İşıq pulu məsələsində texniki problem və ya kütləvi saxtakarlıq olubmu?

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Azərişıq-ın göndərdiyi bildirişlərdəki məbləğin real enerji sərfiyyatına uyğunluğundan şübhələnmək üçün əsasların olduğunu vurğulayıb: “Ağıllı sayğac-larla bağlı qısa bir araşdırma aparandan sonra qənaətim budur ki, son aylarda Azərişıq-ın göndərdiyi bildirişlərdəki məbləğin real enerji sərfiyyatına uyğunluğundan şübhələnmək üçün müəyyən əsaslar var. Yəni, mediada müzakirə mövzusuna çevrilən çoxsaylı şikayətlər şübhələnmək üçün əsas verir ki, əslində evlərdəki elektrik avadanlıqları az enerji sərf etsə də, ağıllı sayğac bunu çox göstərib. Daha doğrusu, sayğac texniki səbəbdən və ya məqsədyönlü olaraq sərfiyyatı düz hesablamayıb.”

Osman Gündüz bütün narazılıqlara baxmayaraq heç bir ekspertin və sahə qurumunun məsələ ilə əlaqədar normal araşdırma aparıb mediayaya təqdim etmədiyini qeyd edib. Eyni zamanda Azərişıq ASC-nin isə problemi riyaziyyat üzərində izah etməyə üstünlük verdiyini bildirib: “Azərişıq hələlik problemi riyaziyyat üzərinə gətirməklə izah etməyə üstünlük verir. Şübhələr isə problemin riyaziyyatla deyil, elektronika, billing, insan amili və ya kənar müdaxilə ilə əlaqəli ola biləcəyini ehtimal edir. Ümumiyyətlə, qısa araşdırmada görmək olar ki, belə bir problem çox yerlərdə olub.

Ağıllı sayğaclara qarşı ciddi ittihamlar çox olub. Hətta elə ölkələr olub ki geriyə, köhnə sayğaclara keçid təklif olunub. Köhnə sayğaclardan Ağıllı sayğac-ın əsas fərqi odur ki, onun sadəcə yaddaşı var və ekranda olan məlumatlar, gündəlik sərfiyyat hər gün mərkəzi serverə, yəni Azərişığa ötürülür. Sistem elə qurulub ki, Azərişıq uzaqdan sayğaca müdaxilə edə və onu dayandıra bilər. Ötürülmə kanalı da elə özlərinin elektrik xətləri və ya mobil şəbəkə üzərindən də ola bilir.”

Osman Gündüz sayğacların düz işləməməsi və sərfiyyatın çox yazılması ilə bağlı problemin aşağıdakı səbəblərdən yarana biləcəyini qeyd edib:

  1. Ağıllı sayğacların özündə problem var və standarta uyğun deyil, ehtimal ola bilər ki, hansısa səbəbdən iş prinsipi pozulub. Yəni, sərfiyyatı sadəcə düz hesablamır.
  2. Azərişıq-ın informasiya sisteminə, şəbəkəsinə kənardan qeyri-qanuni müdaxilə olub. Sayğaclardan ötürülən məlumatlar ola bilər ki, başqa alternativ bir billing sistemə yönləndirilib və başqa hesablama aparılıb. (Vaxtilə ölkənin beynəlxalq telefon trafikində belə kənar yönləndirmə ilə milyonlar qzananlar oldu)
  3. İnsan amili rol oynayıb. Yəni manual olaraq sayğaclara kənar müdaxilə olunub. Amma problem kütləvi olduğundan özümə də bu inandırıcı gəlmir.
  4. Ola bilər ki Azərişıq-ın real billing sistemində və ya ötürmə kanallarında problem yaşanıb. Güman ki, hansısa səbəbdən məlumatların ötürülməsində kəsinti olub və rəsmilər də manual olaraq ortalama hesablaşma aparıblar. Bu ortalama hesablamalar üzrə olan bildirişlərdə də əvvəlkilərlə müqayisədə ciddi fərqlər olub. Mənə daha çox bu variant inandırıcı gəlir.
  5. Sosial mediada bəzən səslənir ki, bu, Azərişıq tərəfindən məqsədyönlü olaraq, investisya xərclərini qarşılamaq üçün edilib. Dərhal qeyd edim ki, bu hədsiz, çox böyük risk olardı, bu baxımdan inandırıcı deyil. Amma texniki-texnoloji cəhətdən reallaşdrımaq mümkündür.

Sonda Osman Gündüz Ağıllı sayğac-ın düz işləməsini Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi-nin müstəqil ekspertləri də cəlb etməklə qısa bir zamanda yoxlaya biləcəyini vurğulayıb: “Beləliklə, bir daha qeyd etmək istərdim ki, yuxarıdakılar mənim versiyalarımdır. Sahə üzrə peşəkarlar, aidiyyatı dövlət qurumları daha dəqiq diaqnoz qoya bilər.

Düşünürəm ki, Ağıllı sayğac-ın düz işləməsini Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi müstəqil ekspertləri də cəlb etməklə qısa bir zamanda yoxlaya bilər. Azərişığın billing sistemi, ötürmə kanalları və kənar müdaxilələrlə bağlı vəziyyəti isə fikrimcə XDMX, VXSİ Dövlət Agentliyi və digər aidiyyatı dövlət qurumlarının müstəqil ekspertlərlə birgə audit etməsi daha doğru yanaşma olardı. Məhz bu formada araşdrıma nəticəsində əldə olunan informasiya güvənli hesab oluna bilər.” /Xeberler.az

635x100

Şərhlər

Алимамед 2018-08-10 14:26:31

Salam, burda ne qeder yazsaqda mesele hellin tapan deil. İlk defe deil bele problemlerin ortaya çıxması. Efsuslar olsun ki, bize ancaq ödemek ve ebes yere yazmaq qalır...

Afrail Seferov 2018-08-10 14:26:31

Azerisiq saygaclara uygun hesablama aparmir.Bele ki,hesabat her ayin birinden otuz birine qeder olan serfiyyata gore hesabat aparmali oldugu halda ,bilerekden hesabat sonraki ayin onuna qeder gecikdirilerek hemin on gunun serfiyyatini evvelki ayin hesabatinin uzerine gelerler.Bu da neticede istehlakcinin ziyaninadir.Hemde her ay bu hesabatlar tekrar edilir.

abonent 2018-08-10 14:26:31

Elektril sayqacları nə üçün işlənən enerjinin miqdarını yox,silinən pulu göstərir? Bunu bir düşünən olubmu?Əslində isə işlənən enerji miqdarını göstərməlidir ki, insanlar enerji miqdarlarına nəzarət edə bilsin,artıq sərfiyyaa yol verməsin.AZərbaycanda isə belə sayqaclardan istifadə etməklə asanlıqla əhalinin cibinə girir.zərər verirlər.Əhalinin isə bu soyğunçuluğa qarşı arqumenti qalmır.Bax,elə buradan başlanılmalıdır.Əhali xərclədiyi pulu nə üçün xərclədiini bilməlidr .Bu onun haqqı və hüququdur.

AyeNeS 2018-08-10 14:26:31

İctimai TV-də 100-ə yaxın insanın "işığını söndürüblər"imkan olanda bir ona da münasibət bildirin....

gunahsiz abuneci 2018-08-10 14:26:31

evde yerlesen isiqla isleyen cihazlarin hamsini qośsam ayda 30 azn etmir bular o qeder savadsizdirlarki 3 defe artiq yukleyibler ve hami bulara gulur. Bele biabirci memurlara baxanda fikirlesirem ki bular uzren-iraqdir, yada hec düsunmeyi bacarmirlar, yada narkomandilar ki, bu cur qerar qebul edirler.Agli basinda olan adam bu boyda gop elemez.Yada bu ilin 1 nomreli anikdotudur. Bulara baxanda allah Śeyx Nesrullanin atasina rehmet elesin.

Müfəttiş 2018-08-10 14:26:31

Distant idarə olunan hətta su sayğaclarına da belə müdaxilələr mümkündür. Qaldı ki bu məsələyə Dövlətin münasibətinə, onlara fərqi yoxdur təki pul olsun...

EWDER 2018-08-10 14:26:31

BURA AZERBAYCANDIR,HER WEY GURDIRMEDI...ESAS ISE INKIWAFDI...DAYANAQLI INKIWAF.KEYF ELEYIN

Vanqa 2018-08-10 14:26:31

Qaz sayqaclari bundanda pis gundedir.Guya onlar duz gosterir?

novruz 2018-08-10 14:26:31

Dövlət orqanları insanları bu yolla da aldadıb yükləyirsə buna nə ad vermək olar? Onda bunlar başdan ayağa moşeyniklərdirlər ki əhalini hər yolla soyub dilənçi halına salmaq istəyirlər və artıq salıblar. Onsuz da olkə, əhalu uzun illər misli görünməmiş talan qarətə məruz qalıb. Nə bilim ey. Allah bilən yaxşıdır.

Məğrur Bədəlsoy, Qarabağ əlili 2018-08-10 14:26:31

Azərişıq ASC-nin qanunsuzluqları çoxdan baş alıb gedir. Təsəvvür edin, bu qurum texniki şərtin qanunla, NK qərarı ilə pulsuz hazırlanmasına baxmayraq istehlakçəlardan 250 -1000 manat arası və daha çox ödəniş tələb edərək, inhisarçı mövqeyindən istifadə edib özbaşınalıq edir. Fiziki şəxslərə sayğac pulsuz quraşdırılmalı olduğu halda, sayğac qutusuna görə sayğacın özündən də baha ödəniş alınır. Hətta Qarabağ əlillərinə işıq puluna və xidmət haqqına əlavə dəyər vergisi də hesablayırlar. Sayğacı pulsuz verib, sonra göndərdikləri işıqpulu qəbzində bu pulu əlavə edib şişirtmə ödəniş yazırlar. Mənə bir neçə il qabaq və keçən il belə şişirtmə işıq pulu borcu yazmışdılar. Məhkəməyə müraciət edəndə məhkəməyə də təzyiq edib mahiyyəti üzrə baxılmasına imkan vermədilər. Amma şişirtmə yazdıqları məbləği də məhkəmənin gedişində sildikləri. İndi isə Nardarandakı bağ sahəsinə işıq çəkilməsi üçün hasarın 5 metrliyindən keçən dirəkdən budaqlanma yolu ilə sayğaca kimi 7 kvt-lıq xətdən 8 kvt güc götürməsinə dair texniki şərt hazırlayıb 2 ildir icra etmirlər. 7 kvt-lıq xətdən 8 kvt güc götürülməsi "kəşfinə" hələ də hüquqi qiymət verilməyib. Özü də texniki şərt ən azı 2 il müddətinə verilir, bizə 1 illik verilib və icrasına qanunsuz 202 manata yaxın pul tələb edib işıq çəkilməsinə qadağa qoyublar. Energetika Nazirliyi yeni texniki şərt almağımı bildirib. Bəyəm əlil-istehlakçı ildə bir dəfə texniki şərt almalıdır? Onu da deyim ki, istənilən halda əlillər sosial infrastrukturla pulsuz təmin olunmaq hüququna malikdir. Lakin heç bir xidmət qurumu qanunun tələbinə əməl etmək istəmir. Azərişıq ASC-nin qanunsuzluğunu , fikrimizcə, baş prokurorluq yanında korrupsiyaya qarşı mübarizə idarəsi araşdırmağa borcludur. Yoxsa, hələ vətəndaşlara qarşı çox şişirtmə ödəniş tələb edən bildirişlər gələcək və işıqdan məhrumetmə davam edəcək.

t.ədalət 2018-08-10 14:26:31

"Mühəndisin" fikri ilə razıyam.Sayğaclar quraşdırlan zaman köhnənin qalmasını tələb etdim.Onlar onu zorla məndən aldılar.Öyrəndim ki,Azəriqaz və "azərsu"yu sayğacları da Çinlə ermənistanın birgə məhsuludur.Deyilənə görə bu bznesin başında fetoçular dururdu.Elektron yaddaş hissəsi ermənistanda istehsal olunan bu qurğular aralıdan idarə olunur. Sayğaclar, elə əhalinin cibinə girmək üçün dəyişdirilib.Avtomobilə vurduğumuz benzinin oktan sayını da belə gizlədirlər.Yoxlayıcı idarələr göz yumur..

Mühəndis 2018-08-10 14:26:31

Ən doğru yol,hər bir abunəci öz puluna əlavə sayğac alıb,onu DS və P üzrə agentlikdə yoxladıb,möhürlədib evində qoysun və öz işlədicilərinin gündəlik enerji sərfiyyatını nəzarətdə saxlasın.Fərqi hiss etdikdə müvafiq quruma və ya məhkəməyə müraciət etsin.Məntiqlə burda qeyri qanuni heç nə yoxdur.Bura Azərbaycandır.Şeytan əməli törədənlər respublikada bütün qurumlarda olur.Düşmən öz içimizdədir.Xalqın əvvəl qanını,indi də işıöını əlindən almaq istəyir.

Son yazılar