Putin Xəzər sammitinə hazırlıqları Rusiya Təhlükəsizlik Şurası ilə müzakirə edib
Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Xəzəryanı "beşliy"in qarşıdan gələn sammitinə hazırlıqları müzakirə edib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Gündəmdə Aktauda keçiriləcək "Xəzər beşliyi"nin sammiti ilə bağlı məsələlər var idi", - D.Peskov deyib.
Onun sözlərinə görə, görüş zamanı Xəzərin hüquqi statusunun həlli üzrə çoxillik işlərin başa çatmasının vacibliyi qeyd olunub, bundan əlavə, ölkənin sosial-iqtisadi inkişafının cari məsələləri müzakirə olunub.
İclasda Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Kreml Administrasiyasının rəhbəri Anton Vayno, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov iştirak ediblər.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.