Azərbaycanda əhalinin ərzaq məhsulları üzrə xərci artıb

Dərc olunub: 10/08/2018 - 16:31

market2018-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,6% üstələyərək 20,1 mlrd. manata bərabər olub.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Ticarət dövriyyəsinin 10,0 mlrd. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10,1 mlrd. manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-iyul aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,9% və 3,2% üstələyib.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,6%-i ərzaq məhsullarının, 4,3%-i içkilər və tütün məmulatlarının, 18,0%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi elektrik malları və mebellərin, 5,6 %-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların alınmasına sərf olunub.

2018-ci ilin yanvar-iyul aylarında istehlak məhsullarının 16,3%-i ticarət müəssisələri, 50,6%-i fərdi sahibkarlar tərəfindən, 33,1%-i isə bazar və yarmarkalarda satılıb. 2017-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 34,4% artıb, fərdi sahibkarlar üzrə 1,5%, bazar və yarmarkalarda 2,6% azalıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 292,7 manat və ya 2017-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 13,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 146,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 146,6 manatlıq qeyri-ərzaq məhsulları alıb.


loading...




Fikrinizi bildirin