"Qadın qəhqəhə ilə gülə bilməz" - Bülənt Arınçdan fitva

Ərdoğanın müavinin bu sözləri qalmaqala səbəb olub

"Qadın hər kəsin içində qəhqəhə ilə gülə bilməz".

ANS PRESS-in məlumatına görə, bu sözləri Türkiyənin baş nazirin köməkçisi Bülənt Arınç deyib.

"İffət çox önəmlidir. İffət qadın, kişi üçün bir bəzəkdir. Qadın məhrəm naməhrəmi ayırmalıdır. Bütün hərəkətlərində diqqət çəkməyəcək, iffətini qoruyacaq".

Arınçın bu sözləri geniş müzakirəyə səbəb olub.

Prezidentliyə namizəd olan Ekmeleddin İhsanoğlu "Twitter" səhifəsindən nazir müavinin cavabını verib. "Qadınların gülməsinə və hər kəsin şən qəhqəhələrinin duyulmasına indi ölkəmizin hər şeydən çox ehtiyacı var".

"Independent" qəzeti Türkiyənin zamanında qadın haqları ilə bağlı daha demokratik olduğunu, lakin son zamanlarda bu sahədə bəzi dəyişiklər yaşandığını qeyd edib. "Amma uşaq gəlinlər, qadına qarşı şiddət Türkiyənin qadın haqları sahəsində geriləməsi ilə bağlı narahatlığa səbəb olur".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar