Tramp Türkiyəyə ticarət müharibəsi elan etdi - Tarifləri 2 dəfə artırdı

ABŞ prezidenti Donald Tramp Türkiyədən gətirilən alüminium və polada görə rüsumların iki dəfə artırılaraq müvafiq olaraq 20% və 50% dərəcəsində olması ilə bağlı sanksiya tətbiq edib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə o, "Twitter" hesabında yazıb.

"Türk lirəsinin bizim çox güclü dollara münasibətdə kəskin aşağı düşdüyü məqamda Türkiyədən gətirilən polad və alüminiuma görə rüsumların iki dəfə artırılması ilə bağlı sanksiya tətbiq etdim! İndi alüminiuma görə rüsum 20%, polada görə isə 50% təşkil edir. Hazırda Türkiyə ilə münasibətlərimiz yaxşı deyil!", - D.Tramp yazıb.

Qeyd edək ki, daha əvvəl ABŞ amerikalı pastor Endryu Bransonun işi ilə bağlı Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soyluya qarşı sanksiyalar tətbiq edib. Onlara ABŞ-a daxil olmaq qadağan edilib, ABŞ-dakı aktivləri isə dondurulub.

635x100

Şərhlər

Azərbaycan vətəndaşı 2018-08-10 17:45:49

Hörmətli Ərdoğan bu Türk və müsəlman düşməninə əyilmə.Türk həmişə öz sözünü deyib və bu gündə deyir.Yaşasın heç kimə əyilməyən Türkiyə.Türrkiyəyə nə NATO nədə ki,Avropa birliyi lazımdır.

Son yazılar