Xaricdən Azərbaycana maşın daşıyırlar – KƏSKİN ARTIM

Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 11 700 ədəd avtomobil gətirilib.

Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7 232 ədəd və yaxud 2,6 dəfə çoxdur.

Ölkəyə gətirilən avtomobillərin 69 ədədi və yaxud 0,6%-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 10 402 ədədi və yaxud 88,9%-i, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1 157 ədədi və yaxud 9,9%-i yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 72 ədədi və yaxud 0,6%-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Ötən ilin ilk 7 ayına nisbətən sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin sayı 42 ədəd və yaxud 37,8%, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin sayı 6 611 ədəd və yaxud 2,75, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin sayı 638 ədəd və yaxud 2,2 dəfə, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin sayı isə 25 ədəd və yaxud 53,2% artıb.

635x100

Şərhlər

Kolxozdar 2018-08-10 17:56:09

11700 mikroavтomobil, 300 avтobus. Azərbaуcanın "xariclə" avтonəqliууaт alverinin birinci hissəsi ozəl kapiтal, ikincisi hissəsi ilə dovləтlə sərnişinlərin hesabına Bakıуa gəтirilmişdir! 11700 avтomobil sahiblərinə avтobuslar da alıb, marşruтları da тaksi kimi mədəni işləтmək şansı vermək olardı? Onda, digər məmurlara "heç nə" qalmazdı? Əslində, bu тəkcə Bakı ŞİH ТİƏ səlahiууəтi idi.

Son yazılar