Azərbaycan Rusiya şirkətindən avtobus alacaq

Rusiyanın Likino avtobus zavodu (LiAZ) Azərbaycana avtobus tədarükünü təşkil etmək niyyətindədir.

Trend-in məlumatına görə, bunu “QAZ Qrupu”nun korporativ satışların inkişafı üzrə direktoru Nikolay Odintsov deyib.

N.Odintsovun sözlərinə görə, Azərbaycana avtobus tədarükü ilə bağlı bir neçə müqavilənin imzalanması gözlənilir.

Direktor qeyd edib ki, LiAZ-ın məhsullarının təxminən 10 faizi MDB ölkələrinə, ilk növbədə Qazaxıstana ixrac olunur:

“Bu il biz MDB ölkələri ilə əməkdaşlığı davam etdirəcəyik. Bundan başqa, bizim Şərqi Avropaya avtobus ixracı ilə bağlı planlarımız var”.

N.Odintsovun sözlərinə görə, LiAZ ildə 2,5 min avtobus istehsal edir. Şirkətin tədarükünün 70 faizi Moskva və Moskvaətrafının payına düşür.

635x100

Şərhlər

Mühəndis B. 2018-08-10 20:12:43

Soveт və RF тexnikası qabaqcıl olsaуdı SSRİ dagılmazdı.

t.ədalət 2018-08-10 20:12:43

Əgər biz Rusiyadan avtobuslar alsaq,Rusiyaya qarşı sanksiyaları pozsağ,onda ABŞ-ın sanksiyaları bizi də sıxacaq.İkincisi də Rusiyanın istehsal etdiyi avtobuslar komfortlu ola bilməz.İstismar müddəti az olacaq,ehtiyat hissələri keyfiyyətsiz.

Son yazılar