Əli Həsənov "Qırmızı Xaç"-a yenə xəbərdarlıq edib

Baş nazir və Qaçqınların İşləri üzrə Dövlət Komitəinin rəhbəri Əli Həsənov Beynəlxalq Qırmızı Xaç Komitəsini (BQXK) Kəlbəcərdə ermənilər tərəfindən saxlanılmış Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi, habel qətlə yetirilmiş Həsən Nəsənovun cəsədinin qaytarılması üzrə səyləri fəallaşdırmağa çağırıb.

Bu barədə Ə.Həsənov bu gün BQXK-nin Bakı ofisinin rəhbəri Deniz Duranla görüşdə bildirib.

Dövlət Komissiyasının mətbuat xidmətinin verdiyi məlumata görə, Həsənov BQXK nümayəndəliyinin rəhbərinə “ciddi xəbərdarlıq” edərək, girovların azad edilməsi və cəsədin qaytarılması üzrə fəaliyyətin gücləndirilməsi zərurətini qeyd edib.

Onun sözlərinə görə, hərəkətsizlik Azərbaycan ictimaiyyətinin beynəlxalq təşkilatlara olan inamını sarsıdır.

“Bu gün Ermənistan girovlara və qətlə yetirilmiş şəxsə qarşı belə mövqe nümayiş etdirirsə, hansı gələcəkdən danışmaq olar?”, deyə Həsənov bildirib.

Mənbənin məlumatına görə, Əsgərovun və Quliyevin ailə üzvlərinin iyulun 28-də Rusiya prezidenti Putinə ünvanladıqları müraciət xüsusi əlaqə vasitəsilə Kremlə çatdırılıb.

Qeyd edək ki, Əsgərovun Rusiya vətəndaşlığı var, Quliyevin isə həyat yoldaşı rusdur. Əsgərov, Quliyev və Həsənov iyulun əvvəllərində ermənilərin hələ 1993-cü ildə işğal etdikləri Azərbaycanın Kəlbəcər rayonunda olublar. Düşmən onları görüb və “diversiyaçı” kimi həbs edib. Atışma zamanı Həsənov qətlə yetirilib, daha sonra dəfn edilib.

Ermənistan tərəfi Əsgərova və Quliyevə qarşı qətl, casusluq və s. ittihamlarla cinayət işi açıb və onları girov hesab etməkdən imtina edir.

Rəsmi Bakı bu insanların pis heç nə etmədiklərini, yalnız doğma yerlərinə baş çəkdiklərini bəyan edir və onların azad edilməsini tələb edir.  /"Turan"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar