Şəkidə fəhlə hündürlükdən yıxılıb öldü
Baxiş sayı:
Dərc olunub:
10/08/2018 - 23:05
Şəkidə fəhlə tikintidə ölüb. Şəki rayon Prokurorluğundan “Trend"ə verilən məlumata görə, hadisə rayonun Kiş kəndində baş verib.
Kənd sakini, 1958-ci il təvəllüdlü Mürsəlov Nurəli Bayraməli oğlu kənd ərazisindəki evlərdən birində hamam tikərkən təxminən 2 metr hündürlükdə tirin üzərindən yıxılıb.
Fəhlə Şəki şəhər Mərkəzi Xəstəxanasına aparılsada da, onun həyatını xilas etmək mümkün olmayıb.
N.Mürsəlov xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.
Son yazılar
11:17
İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edir
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.