«Bu, müharibədir!» - Medvedev yeni sanksiyalar barədə...

Rusiyaya qarşı Vaşinqtonun planladığı iqtisadi sanksiyaları Rusiyaya qarşı iqtisadi müharibənin elan olunması kimi qiymətləndirmək olar.

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verliyi xəbərə görə, cümə günü bu barədə Rusiya Federasiyasının (RF) Baş naziri Dmitri Medvedev Kamçatkada Kronostk dövlət qoruğunun əməkdaşları ilə görüşü zamanı bəyan edib. Onun sözlərinə görə, belə müharibəyə həm iqtisadi, həm də siyasi üsullarla cavab vermək qaçılmazdır.

Medvedev həm də etiraf edib ki, gələcək sanksiyalar barədə ehtimalları şərh etmək istəməzdi. Ancaq bildirib ki, bir məsələ aydındır: bankların fəaliyyətinin qadağan olunması və ya bu və digər valyutalardan istifadə olunması kimi məsələlər ortaya çıxarsa, o zaman yaranacaq vəziyyəti iqtisadi müharibə adlandırmaq olar. Hökumət başçısı əlavə edib ki, Rusiyanın bu müharibəyə «reaksiya» verəcəyini «bizim amerikalı dostlar» gərək anlasınlar.

Artıq qüvvədə olan sanksiyalar barədə suala cavab verərkən, Medvedev izah edib ki, bu, Rusiyanın «iqtisadi gücü»nün məhdudlaşdırılmasına bir cəhddir, məhdudlaşdırılmanın real məqsədi isə Rusiyanı beynəlxaq səhnədə Amerika Birləşmiş Ştatlarının (ABŞ) rəqibləri siyahısından vurub çıxartmaqdan ibarətdir.

O, həm də xatırladıb ki, SSRİ dövründə də Qərb dəfələrlə sanksiyalar tətbiq edib.

«Bizim ölkəmiz son yüz ildə daim sanksiya təzyiqi altında mövcud olub» - deyə, hökumət başçısı fikrini tamamlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar