ABŞ Avropaya sıxılmış qaz ixracını iki dəfə artırıb

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Avropa Komissiyası (AK) cümə axşamı Amerika Birləşmiş Ştatlarının (ABŞ) 2016-2017-ci illər aralığında Avropaya ixrac etdiyi sıxılmış qaz həcmlərinin iki dəfə artdığını elan edib.

«İlk dəfə 2016-cı ilin aprelindən başlayaraq, ABŞ-dan Avropa İttifaqına (Aİ) sıxılmış təbii qaz idxalı 2,8 milyard kubmetrə çatıb və 2017-ci ildə Avropaya Amerikadan qaz ixracı 5 faizdən 10 faizə yüksəlib» - deyə, Brüsseldə keçirilən brifinqdə AK-nın rəsmi nümayəndəsi Mina Andreyeva bəyan edib.

AK-nın kommünikesində xatırladılır ki, cari ilin 25 iyul tarixində birgə bəyanatla Avropa Komissiyasının sədri Jan-Klod Yunker və ABŞ Prezidenti Donald Tramp razılığa gəliblər ki, «energetika sahəsində Aİ-ABŞ arasında strateji əməkdaşlığı möhkəmləndirsinlər».

Energetika üzrə avrokomissar Migel Arias Kanete də öz növbəsində, qaz təchizatının diversifikasiya edilməsini Avropa İttifaqına qaz tədarükü sahəsində təhlükəsizliyin təmin edilməsinin vacib elementi adlandırıb.

Bundan başqa, kommünikedə göstərilir ki, «Avropa İttifaqı STQ infrastrukturunun yaradılması üzrə 638 milyon dollar məbləğindəki layihələrini birgə maliyyələşdirir və ya birgə maliyyələşdirməyi öhdəsinə götürür».

Buna əlavə olaraq, mövcud 150 milyard kubmetrlik ehtiyat gucə əlavə olaraq, Aİ daha 14 infrastruktur layihələrini dəstəkləyir. Bu da 2021-ci ilə bu gücləri rəqabətə davamlı qiymətlərlə, daha 15 milyard kubmetr artırmağa imkan verəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar